Qəbələ təhsili uğurlu inkişaf yolunda

Məlumdur ki, milli yüksəlişin təminatında başlıca vasitə sayılan elm və təhsil cəmiyyətdə bir çox problemlərin həllində mühüm rol oynayır. Dünyəvi təhsilə inteqrasiya yolunu seçən Azərbaycan Respublikasında müstəqilliyin bərpasından sonra bu sahəyə xüsusi diqqətin yetirilməsi göstərir ki, ölkədə elm və təhsil problemləri ümumi inkişaf və dövlət siyasəti ilə vəhdət təşkil edir. Bunun üçün də təhsil sistemində köklü islahatlar aparılması dövlətin ali məqsədinə çevrilib. Bu mənada ulu öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi həm birinci, həm də ikinci dönəmində reallaşdırılan təhsil siyasəti bu həqiqəti bir daha sübut edir. Ulu öndər bu sahəyə xüsusi həssaslıqla yanaşaraq daim qayğı və diqqət göstərib. Ümummilli lider öz çıxışlarında da dəfələrlə təhsilin mürəkkəb və olduqca vacib bir sahə olduğunu vurğulayıb: "Təhsil sahəsi nə sənayedir, nə kənd təsərrüfatıdır, nə ticarətdir. Bu, cəmiyyətin xüsusi, intellektual cəhətini əks etdirən bir sahədir. Belə halda təhsil sisteminə çox diqqətlə yanaşmaq lazımdır və bu sistemə münasibət çox həssas olmalıdır”.

Bugün ümummilli liderin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həuyata keçirilən uğurlu siyasətdə təhsilin inkişafı ön sıralardadır. Bu sahədə həyata keçirilən islahatlar Azərbaycan təhsilini daha yüksək səviyyələrə qədər yüksəlməsinə zəmin yaradıb. Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın da bu istiqamətdə əvəssiz xidmətləri var. Biz bütün bunları paytaxdan savayı region məktəblərinin timsalında da görürük. Bu yaxınlarda Qəbələ Rayonunda olduq. Rayonda həyata keçirilən uğurlu işlərlə tanış olduq. Bütün bunların fonunda onu qeyd edək ki, Qəbələ rayonu sürətlə inkişaf edir. Həyata keçirilən uğurlu işlər sayəsində rayonun siması dəyişilib. Yeni-yeni yollar salınır,binalar tikilir,iş yerləri açılır,bir sözlə rayonumuz abadlaşır.Bu möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının düzgün kadr siyasətinin nəticəsidir,nəinki Qəbələmiz Azərbaycanın bütün rayonları bax belə sürətlə inkişaf edir.

Təhsilə diqqət və qayğı

Qəbələ şəhər 4 saylı tam orta məktəbinin direktoru Qəşəngi Musayeva deyir ki, Nicat Əliyev adına Qəbələ şəhər 4 saylı orta məktəb 1965-ci ildən İnternat məktəbi kimi fəaliyyətə başlamışdır.1993-cü ildən İnternat ləğv olunaraq orta məktəb kimi fəaliyyətini davam etdirmişdir. Məktəb 2016-2017 tədris ilinə 974 şagird ilə fəaliyyətə başlamış,44 sinif komplekti var. Məktəbin müəllimləri Qəbələ rayonunda keçirilən bütün dövlət tədbirlərində fəal iştirak edir.

Şagirdlərimiz bilik yarışlarında,fənn olimpiadalarında ,idman yarışlarında ,inşa yazı müsabiqələrində iştirak edir,diplom və fəxri fərmanlarla təltif olunurlar. Azərbaycan Respublikası Prezidentinin 6 avqust 2013-cü il tarixli 3043 nomrəli Sərəncamı ilə Qəbələ şəhəri 4 nömrəli tam orta məktəb "Ən yaxşı ümumtəhsil məktəbi”müsabiqəsinin qalibi olmuşdur. Ümumilli lider H.Əliyevin 90 illik yubileyi ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin keçirdiyi "Gənc xilasedici və yanğınsöndürən”yarışının zona mərhələsində məktəbimizin komandası II yerə,eyni adlı yarışın Respublika mərhələsində isə I yerə layiq görülmüş,kubok ,diplom və digər qiymətli hədiyyələrlə təltif olunmuşlar. Hər bir məktəbin uğuru şagirdlərinin ali məktəbə qəbul imtahanlarının nəticələrinə əsasən bəlli olur. 2013-2014 tədris ilində 4 nəfər şagirdimiz 600-dən yuxarı bal toplamış,2 nəfər –Abdurəşidli Durna Mahir qızı və Abdurəşidli Sona Mahir qızı "Qızıl medala”layiq görülmüşlər.Qeyd edim ki,A.Durna B.D.U-nun Hüquq fakültəsinə,A.Sona isə Tibb Universitetinin Müalicə İşi fakültəsinə qəbul olmuşlar. 2014-2015 tədris ilində 38 nəfər şagird ali məktəbə qəbul olmuş,bunlardan 4 nəfəri 600-dən yuxarı bal toplamışdır.1 nəfər şagird –Cəfərov Nail Abdukərim oğlu 634 bal toplamış, Tibb Universitetində daxil olmaq istədiyi fakültəyə balı çatmadığı üçun yenidən hazırlaşıb sonrakı ildə, 674 bal toplayaraq Tibb Universitetinin Müalicə İşi fakültəsinə qəbul olmuşdur. 2015-2016 tədris ilində məktəbi bitirən 84 nəfər məzundan 47 nəfəri ilk mərhələdə ali məktəbə qəbul olmuş,bunlardan 6 nəfəri : 1.Baxşəliyev Bayram 2.Sadıqov Əli 3.Əsgərzadə Orxan 4.Muradova Ləman 5.Davudova Səbinə 6.Muradova Çimnaz 600-dən yuxarı bal toplayaraq Respublikamızın ən nüfuzlu ali məktəblərinə ,5 nəfəri 500-dən yuxarı ,qalanları isə müxtəlif ballar toplayaraq ali məktəblərə müəyyən ixtisaslara qəbul olmuşlar. Qeyd edim ki,kollektivimiz bu ugurlarla kifayətlənmir, daha yeni nailiyyətlər və yüksək nəticələr əldə etmək ücün əzmlə çalışır ,bütün gücümüzü səfərbər edirik.Dövlətimizin də bizə göstərdiyi qayğının nəticəsində gündən-günə daha yüksək zirvələrə ucalacagımıza inanir və öz şərəfli peşəmizin məsuliyyətini dərindən dərk edərək gələcəyimiz olan şagirdlərimizin vətənimizə layiqli vətəndaş kimi yetişməsi üçün əlimizdən gələni edirik.

Bu gün dövlətimiz, onun rəhbəri, hörmətli Prezidentimiz məhz təhsilin inkişafına heç nəyi əsirgəmir. Biz müstəqil Azərbaycanımızın gələcəyinin təməlini bu gün yaratmalıyıq. Bu təməl nə qədər möhkəm olacaqsa, gələcəyimiz də bir o qədər nurlu, işıqlı olacaq. Burada isə ən əsas vəzifə milli təhsilin üzərinə düşür.

Məktəbin direktoru Qəşəngi Musayeva ilə söhbətimizdə cənab prezidentin, Mehriban xanımın, Təhsil Naziri Mikayıl Cabbarovun, Qəbələ RİH-nin başçısı Səbuhi Abdullayevin təhsilə qayğılarından üək dolusu bəhs elədi. Bizdə Qəşəngi müəlliməyə və məktəbim bütün kollektivinə yeni uğurlar arzulayırıq.

Bu yazını hörmətli Prezidentimizin aşağıdakı sözləri ilə bitirmək istəyirik: "Təhsil Azərbaycanın davamlı inkişafı strategiyasının ən öncül istiqamətlərindən biridir".

P.S. Sonda 2015-2016- cı tədriş ilində məktəbin məzunları olmuş və tələbə adını qazanmış şagirdlərin siyahısını veririk.

Yusif Məhəmmədoğlu

Bakı-Qəbələ-Bakı

Qəbələ şəhər N.Apayev adına 4 saylı tam orta məktəbin 2015-2016 cı tədris ilində ali məktəbə qəbul olunan abuturiyentlərin siyahısı.

Sıra nömrə Soyadı, adı atasının adı Qəbul olunduğu tədris müəssəsinin adı Qəbul olunduğu fakultənin adı Topladığı bal

1 Muradova Çimnaz Mayıl B.D.U Hüquq 664

2 İsrəfilov Nicat Rüstəm A.D.İ.U Mühasibat uçotu və audit 591

3 Şəfizadə Seymur Elnur A.D.İ.U Sənayenin təşkili və idarə olunması 562

4 İsgəndərov Rəvan Mübariz A.D.İ.U Statistika 522

5 Əhmədova Elnaz İlqar B.D.U Kimya 507

6 Abdullayeva Zenfira Kamran B.D.U Biologiya 445

7 Məmmədova Aytac İlqar B.D.U Coğrafiya 418

8 Əliosmanlı Gülarə Vüqar Qafqaz.Universitet Məktəbəqədər tərbiyyə 377

9 Xəlilbəyli Səbinə Elşad A.D.İ.U Çox işlənən malların texnologiyası 340

10 Eyvazlı Aytac Arzu Mingəçevir Müəllimlər İnistutu İngilis dili müəllimi 348

11 Qaragözov Süleyman Şaiq S.D.U Mühasibat uçotu və audit 342

12 Alməmmədli Fatimə İlqar G.D.A.U Aqromühəndis 310

13 Babayev Lətif Rövşən Bakı Aviasiya Akademiyyası 390

14 Allahverdiyev Asif Azad Bakı Turizim.U Markitinq 290

15 Mirzəmmədov Hacı Tahir G.D.A.U Meşəçilik 248

16 İlyaszadə Aysel Sultan Bakı Biznes.U Menecmen 252

17 Aslanov Aslan Saleh Əmək və Sosial Münasibətləri Akademiyyası Mühasibat uçotu və audit 207

18 Mirzəyev Bəxtiyar Çingiz A.D.İdman Akademiyyası

Qəbələ şəhər N.Apayev adına 4 saylı tam orta məktəbin 2015-2016 cı tədris ilində ali məktəbə qəbul olunan abuturiyentlərin siyahısı.

Sıra nömrə Soyadı, adı atasının adı Qəbul olunduğu tədris müəssəsinin adı Qəbul olunduğu fakultənin adı Topladığı bal

1 Babayeva Səbinə Ceyhun B.D.U Xəritəçilik 258

2 Baxşalıyev Bayram Vüqar B.D.U Hüquq 667

3 Cəfərova Elminaz Araz B.D.U Kitabxanaçılıq 431

4 Cabbarlı Sənan Mütəllib A.M.İ.U İnşaat mühəndisliyi 471

5 Davudova Səbinə Hikmət A.D.İ.U Mühasibat uçotu və audit 612

6 Əsgərov Orxan Elxan Dövlət İdarəçilik Akademiyyası Dövlət və bələdiyyə idarəetmə 624

7 Əlişova Nurçin Məhəmməd A.D.İ.U Biznesin mühasibatı 405

8 Eyvazlı Pünhan Arif A.D.İ.U Maliyyə 460

9 Fərruxlu Gülay Vasif Xəzər universiteti menecment 554

10 Qarayeva Şəhla Mahir B.D.U Ümumibiologiyya 465

11 Məmmədov Məhəmməd Elbrus A.Z.İ Kimya mühəndisliyi 290

12 Muradova Ləman Elşən B.D.U Dövlət və ictimai münasibətlər

13 Məmmədli Əruzə İlham B.D.U Informatika 391

14 Osmanlı Tərgül Fərhad Slavyan Universitet Təhsildə sosial psixoloji xidmət 446

15 Sadıqov Əli Aslan A.D.İ.U Beynalxaq münasibətlər 632

16 Qasımzadə Nizami Yunis Az.Texniki.U Elektronika və telekommunikasiya radiotexnika mühəndisliyi 378

17 Səmədov Nicat Yusif Az.Texniki.U Elektrik mühəndisi 353

18 Səmədova Çinarə Yusif Gəncə Dövlət Universitet Kimya 391

Qəbələ şəhər N.Apayev adına 4 saylı tam orta məktəbin 2015-2016 cı tədris ilində ali məktəbə qəbul olunan abuturiyentlərin siyahısı.

Sıra nömrə Soyadı, adı atasının adı Qəbul olunduğu tədris müəssəsinin adı Qəbul olunduğu fakultənin adı Topladığı bal

1 Ağayev Vasif Asif B.D.U Hidrometerologiya 494

2 Abdullayev Elmar Elimdar Mingəçevir Dövlət Universiteti Senayenin təşkili və idarə olunması 371

3 Özbəyov Elnur Hikmət Neft Akademiyyası Təkrar emal və bərpa mühəndisliyi 317

4 Eyvazov Murad Veyis Bakı Dövlət Texnologiyya Universiteti İnformatika və texnologiyya 475

5 Yusifzadə Kamil Aydın Bakı Dövlət İqtisad.U Maliyyə 375

6 Bayramova Gültəkin Sədi Gəncə Dövlət Universiteti İngilis dili tərcüməçi 466

7 Ədilov Valeh Süleyman Əmək və sosial münasibətlər akademiyyası Əmək və sosial münasibətlərin maliyəsi 299

8 Sultanov Bəhruz Azər Əmək və sosial münasibətlər akademiyyası Əmək və sosial münasibətlərin maliyəsi 248

9 Balıyeva Aytac Seymur Sumqayıt Dövlət Universiteti Tarix və Coğrafiyya 453

10 Qəribova Nərmin Niyazi Slavyan Universiteti Filologiya 350

11 Alışanova Şəmsiyyə Vəlizadə A.D.P.U Tarix 451