Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı SABAHİNFO.AZ saytına müsahibə verib. O müsahibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Şanlı Azərbaycan Ordusunun uğurlarından, Azərbayana qarşı həyata keçirilən qərəzli mövqedən danışıb.
-Aqiyə xanım
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında
Azərbaycan Ordusu rəşadətli döyüş aparır. Bir sıra kəndlərimiz, önəmli
yüksəkliklər düşməndən azad olunub. Bu yöndə nə deyə bilərsiniz?
-Cənab Prezident beynəlxalq tribunalarda, eyni zamanda
yerli televiziyalara müsahibəsində və tədbirlərdə dəfələrlə bu yöndə arqumentli
və tutaqlı çıxış edərək bəyan edirdi ki, hazırkı Ermənistan rəhbərliyi ilə
danışıqlar aparmaq olmur. Çünki onlar hər dəfə yeni konsepsiya, özlərinə sərf edən
təkliklərlə çıxış edirdi. Təbii ki, Azərbaycan tərəfi də bununla razılaşa
bilməzdi. Dağlıq Qarabağ Azərbaycan torpağıdır! 30 ildir ki, vətəndaşlarımız
səbirsizliklə o torpaqlara qayıdacağı günü gözləyirlər. Sentyabr ayının 27-dən
başlanan əməliyyatlar da əbəs yerə aparılmır. Erməni rəhbərliyinin Xankəndidə
bir sıra tədbirlər keçirməsi, Azərbayana qarşı həyata keçirdiyi iyrənc siyasətinə
göz yuma bilməzdik. Budur Azərbaycan Ordusu sizində qeyd etdiyiniz kimi cəbhədə
tarix yazır. Madagizin tarixi adı –Suqovuşan özünə qaytarıldı. Suqovuşanda artıq
Azərbayan bayrağı dalğalanır. İnşallah bu əməliyyatlar uğurla davam edəcək və
bizim bayrağımız Şuşada, Xankəndidə dalğalanacaq. Mən hər bir azərbayanlı kimi
buna inanıram. Allah əsgərlərimizi qorusun. Azərbaycan haqq yolundadır. Bu
bizim doğal haqqımızdır. Hər birimizin arzusu, istəyidir. Heç kim, heç bir
qüvvə bizi bu yoldan döndərə bilməz.
-Beynəlxalq ictimayyətdə Azərbayana qarşı qərəz müşahidə olunur. Fransa
Prezidenti də bu qərəzin başında gələn şəxslərdəndir. Makron indiki məqamda
niyə belə bir addım atsın ki?
-Fransa Prezidenti Makronun prezidentilik fəaliyyətinə
baxanda görürürük ki, Fransa xalqı heç də Makrondan razı deyil. Bu ölkədə
kütləvi aksiyalar keçirilir. Bu isə onu deməyə əsas verir ki, özünü demokratik
adlandıran Fransada insan haqqları kobud şəkildə pozulur. Öz xalqının problemini, tapdanmış hüququni qoruya
bilməyən Makrondan biz 1 milyon qaçqın və məcburi köçkünlərimizin hüququnu
tanımasını gözləyə bilməzdik. Təbii ki, bu bəyənatda erməni lobbisinin əməyi
var. İndiki halda düşünürəm ki, belə bir bəyanat BMT-nin Ermənistan-Azərbaycan-Dağlıq
Qarabağ münaqişəsi ilə qəbul etdiyi 4 qətnaməsi kimi kağız parçasından başqa
bir şey deyil. Bu bir daha onu deməyə əsas verir ki, Fransa bu 30 il ərzində
işğalçı ölkənin mövqeyini müdafiə edib. Ədalətsiz yanaşma ilə haqqın-ədalətin
bərqərar olmasına imkan verməyib. Tarixə baxanda Fransanın bir sıra ölkələrdə Vyetnamda,
Cibutidə, Qabonda, Tunisdə eləcə də digər ölkələrdə soyqırımlar törədib. Kameruna
baxaq. Fransanın müstəmləkə siyasəti bu ölkəni iflic vəziyyətinə qoyub. Bunun
kimi 10-larla fakt saymaq olar. Bütün bunların fonunda onu demək olar ki, Fransa prezidenti işğalçını dəstəkləməsi
heç də əbəs deyil. Maraqlar naminə verilən bəyanatlar heç bir təsir gücünə
malik deyil. Bu təəssüf hissi ilə yanaşı iki ölkə arasında olan münasibətlərə də
xələl gətirir.
-Siyahlı
Qüvvələrə Yardım Fonduna ianə kampaniyası davam edir. Siz bu kampaniyada
iştirak etmisinizmi?
-Bəli. Bu gün elə bir gündür ki, biz bir olmalı,
birlik olmalıyıq. Hər bir azərbaycanlı əlindən nə gəlirsə onu etməlidir. Ön
cəbhədə əsgərlərimiz arxa cəbhədə bizlər. Zərurət olarsa cəbhəyə də gedərəm,
mən ehtiyatda olan tibb bacısıyam. Bu tək
mənim yox bütün Azərbaycan xanımlarının fikridir. Silahlı Qüvvələrə Yardım
Fonduna ianə kampaniyasına mən də
qoşulmuşam. Sevindirici hal ondan
ibarətdir ki, artıq bu kütləvi hal alıb. Hər kəs bu kampaniyada fəal iştirak
edir.
-Aqiyə xanım
Oğuzda mövcud vəziyyətlə bağlı ab-hava necədir?
-Azərbaycanın bütün oğulları mərd, döyüşgən,
cəsurdurlar. O cümlədən Oğuzlular. Hələ əməliyyatlar başlamamışdan öndə
təlim-toplanış çağırışları zamanı Hərbi Səfərbərlik üzrə Oğuz rayon şöbəsinin
önündə iynə atsaydın yerə düşməzdi. Yaşından başından asılı olmayaraq hər kəs
bu prosesdə fəal iştirak etmək istəyirdi. Qismən səfərbərlik elan olunanda da
mən bunun şahidi oldum. Hər kəs ordumuza dəstək üçün cəbhəyə yollanmaq
istəyirdi. Oğuz sakinlərinin Ab-havası olduqca yüksək əhval ruhiyyədədir. Ordumuzun
qələbə xəbərinə hamı kimi onlar da ürəkdən sevinir və öz əllərindən gələni
edirlər. Bir məqamı sizinlə bölüşmək istəyərdim. Oğuz rayonunun Xaçmaz kəndində
gənclərlə görüş keçirən zaman bir yeniyetmə məndən söz istədi. O çıxışında
bildirdi ki. əgər müharibə olacaqsa orda 10 min şəhidimiz olacaqsa onların
yarısı oğuzlular olacaq. Bu çıxış məni bir daha qürurlandırdı. Hazırda da hər
gün rayonda olan qərargahımla, aidiyyatı qurumlarla əlaqə saxlayıram. İnanın nə
qədər könüllü var ki, onlar da bu əməliyyatlarda iştirak etmək istəyirlər.
Mənim özümə bu yöndə kifayət qədər müraciətlər daxil olur.
-Son olaraq
əməliyyatlar zamanı mülki vətəndaşlarımız həlak olub. Onlar arasında uşaqlar da
var...
-Bu bir daha
erməni vəhşiliyinin, erməni vandalizminin göstəricisidir. Yadınıza gəlirsə
90-cı illərdə ermənilər döyüş zamanı qadın və uşaqlara qarşı necə qeyri-insani
davranışlar sərgiləyirdilər. Müharibənin də qayda-qanunları var. Döyüşürsənsə
kişi-kimi döyüşməlisən. Mərdi mərdanə döyüşməlisən. Bizim oğullarımız belədir. Ancaq ermənilər vəhşidirlər. Xocalı hadisəsi zamanı da onlar qadın,
körpə bilmədən onlara atəş açıb, işgəncə verib qətlə yetirmişdilər. Artıq
bununla bağlı beynəxlalq ictimayyətə kifayyət qədər əsaslandırılmış və dolğun
məlumat verilibdir. Milli Məclis, Prokurorluq səviyyəsində iş aparılır. Zaman o
zaman deyil. Bu zamana qədər erməni lobbisi dünyanın gözünə kül üfürürdü.
Yalan, saxta məlumatlarla dünya ictimayyətini çaşdırırdı. İndi isə bu mümkün
deyil. Cənab Prezidentin həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində
dünya ictimayyəti Dağlıq Qarabağ münaqişəsi ilə bağlı kifayyət qədər
məlumatlanıb. Erməni yalanları işləmir. Onlar yenə də təxribata, saxtakarlığa
əl atırlar. İnanıram ki, dünya birliyi ermənilərin bu yalanlarına inanmayacaq.
Onların saxtakarlığı ifşa olunacaq. Ədalət bərqərar olacaq. Bizim heç kimin
torpağında, ərazisində gözümüz yoxdur. Hazırkı əməliyyatlar da Azərbaycanın öz
ərazisində həyata keçirilir. Dağlıq Qarabağın düşməndən azad olması üçün
əlimizdən gələni edirik və edəcəyik. Dağlıq Qarabağ Azərbaycanındır! Dünya
birliyindən də istəyimiz və tələbimiz odur ki, terrorist, saxtakar və
riyakar ermənilərlə bağlı ciddi tədbir görülsün. Bunu beynəlxalq təşkilatlar
etmədiyi halda Azərbaycan öz hüquqlarını lazımı səviyyədə qoruyacaq. Azərbaycan
nə edirsə beynəlxalq konvensiyalar çərçivəsində həyata keçirir. İndi isə qarşı
tərəfin, beynəlxalq təşkilatların adekvat addım atmağının zamanıdır.
Ədil Ədilzadə