AMEA-nın İşlər idarəsinin müdiri texnika elmləri doktoru, professor Elton Məmmədov SABAHİNFO.AZ saytına müsahibə verib. Həmin müsahibəni diqqətinizə çatdırırıq.
- Elton müəllim sentyabr ayının 27-dən cəbhə bölgəsində vəziyyət gərginləşib. Erməni
silahlı qüvvələrinin terrorist əməllərinə Azərbaycan Ordusu cavab verməyə məcbur olub. Artıq ciddi, nailiyyətlərimiz də əldə
olunub. Ümumilikdə cəbhədə baş verən hadisələrlə bağlı sizin fikirlərinizi
öyrənmək istərdik.
- Cəbhədə başlanan əməliyyatların kökü daha əvvəllərə gedib çıxır. Sadəcə olaraq 27-i sentyabrda artıq bu intensiv hərəkətə çevrildiyi üçün Azərbaycan tərəfi təbii ki, öz qətiyyətli mövqeyini göstərməyə başladı. Artıq 30 ilə yaxın davam edən bu proses elə bir həddə çatırdı ki, ermənilər həqiqi mənada azğınlaşırdılar, insan simasından çıxırdılar. Baxmayaraq ki, Ali Baş Komandan, cənab Prezident İlham Əliyev tərəfindən onlara dəfələrlə xəbərdarlıq edilirdi ki, siz gəlib buranı zəbt etmisiniz və bu əzəli, qədim Azərbaycan torpaqlarını boşaltmalısınız. Onlar bu çağırışlara etinasız yanaşdılar. Eyni zamanda hamıya bəllidir ki, BMT-nin 4 məlum qətnaməsi var. Bu qətnamələrə hədd qoymayan ermənilər yenə də öz akupatsa işlərini davam etdirirdi, yalnış fikirlərlə, yalnış tarixi faktlarla bütün dünyada mövcud olan beynəlxalq təşkilatlara öz çirkin niyyətlərini həyata keçirmək üçün məlumatlar ötürürdülər. Öz diasporaları, diplomatik əlaqələri vasitəsilə dövlətlər, beynəlxalq təşkilatlar arasında belə demək mümkündürsə, həyasızcasına öz mövqelərini büruzə edib ortaya qoyurdular. Təbii ki, Azərbaycan həmişə sülhsevər dövlət olubdur. Dövlət rəhbərinin diplomatiyasında da müharibənin dinc yolu ilə həll olunması açıq aydın görünür. Cənab İlham Əliyev dəfələrlə bunu yüksək tribunalarda, müxtəlif dillərdə bəyan edib və bəyanatlar verib. Ermənistan rəhbərliyi Nikol Paşinyan artıq o qədər azğınlaşıb ki, beynəlxalq tədbirlərin birində "Qarabağ Ermənistandır" - deyib nöqtə qoymaqla bütün dünya ictimaiyyətini növbəti dəfə qıcıqlandırdı. Təbii ki, İlham Əliyev Paşinyanın cavabını verdi. Cənab Prezident qeyd etdi ki, Qarabağ Azərbaycanındır və nida. Bu qətiyyətli, cəsarətli çıxışı ölkə rəhbərimiz Paşinyanın Azərbaycan xalqına ünvanladığı təhqirlərə son verməsi yönündə sonuncu xəbərdarlıq idi. Bu gün artıq Ermənistan rəhbərliyi sülh danışıqlarını pozur və beləliklə bu bizi zəbt olunmuş ərazimizdə müharibəyə sövq edir. Bu 30 ildə bizim səbr kasamız dolub. Bizdə bir dövlət olaraq suverenliyimizi dünya dövlətləri arasında bərqərar etmək üçün öz hüquqlarımızdan istifadə edirik. Aprel hadisələrində rəşadətli Ordumuz düşmənə öz yerini göstərdi. Bu onlara dərs olmadı. Onlar yenidən və daha azğın formada Tovuz rayonunun ərazisinə hücum edib oranı tutmaq istəyirdilər. Ermənistanın düşüncəsinə görə gücümüz yoxdur. Biz onlara gücümüzü göstərdik. Həm Tovuz hadisələrində həm də indi. İndi Cəbrayılda Azərbaycan bayrağı dağalanır. Hadrut qəsəbəsi düşməndən azad edilib. Bir sıra əhəmiyyətli yüksəkliklər ələ keçirilib. Bununla yanaşı düşmənin hərbi texnikaları qənimət kimi bizim ordumuzun nəzarətindədir. Bu qələbələr hər bir vətəndaşımızı sevindirir və biz inanırıq ki. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə qələbə günü uzaqda deyil. Azərbaycanın üç rəngli bayrağı Şuşada, Kəlbəcərdə dalğalanacaq. Cənab Prezidentin xalqa müraciətində, qələbə sevgisini öz xalqı ilə bölüşməsi bir daha onu deməyə əsas verir ki, Azərbaycanda xalq-hakimiyyət birliyi var. Həmrəyliyimiz var. Xalq Prezident İlham Əliyevə inanır və sonsuz güvənir. Onun apardığı siyasəti dəstəkləyir.
- Ermənilər hər zaman olduğu kimi yenə təxribata əl atırlar və bu
təxribat nəticəsində Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə, daha sonra Mingəçevir, Bərdə və digər şəhərlər
atəşə tutuldu və bu davam edir. Son
statistik məlumatlara görə 20-dən çox mülki vətəndaşımız həlak olub. Sizcə beynəlxalq
hüquq bu məsələlərə hansı yanaşma ortaya qoya bilər?
- Suala cavab verməmişdən öncə mən ilk növbədə Qarabağ savaşında şəhid olmuş bütün bu əsgərlərimizə, zabitlərimizə, generallarımıza, onların ailəsinə Allahdan rəhmət, səbir diləyirəm. Ölkə başçımızın dəfələrlə səsləndirdiyi fikirləri əsas götürərək deyirəm ki, şəhid qanı yerdə qalmaz və şəhid qanının qisasını Axirət dünyasına qədər ödəmək lazımdır. Şəhid torpaq üçün ölür. O torpaq daha da müqəddəsləşir və biz bu müqəddəs torpaqda düşməndən o qisası almaq üçün qiyaməti gözləməli deyilik. Böyük şəhərlərimizin atəşə tutulması yenə qeyd etdiyiniz kimi birinci beynəlxalq hüquq normalarına daban-dabana ziddir. İkincisi qüvvədə olan və üzv olduğumuz beynəlxalq Cenevrə Konvensiyasına ziddir. Bunlar dəfələrlə səsləndirilibdir. Biz Ermənistanın mülki insanlarına qarşı hansısa bir atəş açmırıq, hətta döyüş ərazisində olan insanlarla hümanist davranırıq. Çünki Azərbaycan xalqı qonaqpərvərdir. Bütün bunlara baxmayaraq onlar ahılları, uşaqları, qadınları fərq qoymadan vəhşicəsinə atəşə tuturlar. Xocalıda, Qaradabanda eləcədə digər ərazilərimizdə soyuqda, şaxtada vətəndaşlarımıza nə zülm, nə işgəncə verdiyini bilirik. Bunu dünya ictimayyətinə çatdırırıq. Ermənilərin xislətləri bəllidir. Müharibəni də kişi kimi həyata keçirə bilmirlər. Onların törətdiyi əməllər mütləq öz hüquqi cavabını alacaq. Çünki haqq heç vaxt yerdə qalmaz. Bu gün Azərbaycanın etdiyi savaş, müharibə haqq müharibəsidir. Rəbbimiz də Qurani-Kərimdə buyurub ki, işğal altında olduğunuz torpaqların elan etmədən belə müdafiəsinə qalxsanız bu halal işdir. Biz bu gün halal iş yolundayıq, haqq yolundayıq, dövlət yolundayıq, Rəbbimizin buyurduğu yoldayıq.
- Elton müəllim bütün
bunlara baxmayaraq Fransa, Almaniya və digər belə deyək də Avropa özünü
demokratik adlandıran ölkələr qərəzli bəyanatlar səsləndirdilər. Hətta
prezidentləri səviyyəsində Azərbaycana qarşı pafoslu bəyanatlar səsləndirirlər...
- Mən hesab edirəm ki, istər Fransanın prezidenti Makron tərəfindən, istər digər dövlətlərin rəhbərləri tərəfindən səslənən bəyanatlarla öz niyyətlərini ortaya qoyurlar. Onlar yanlış yolda olduğunu bir daha dünyaya bəyan edirlər. Qərəzli bəyanat səsləndirən dövlətləri 30 il demirəm 10 dəqiqə Azərbaycanın yerində olmağa səsləyirəm. Görək onlar buna dözə bilərdilərmi? Bəs biz necə dözürük? Hesab edirəm ki, o dövlət rəhbərləri yenidən ikili standartlar tətbiq etməklə Azərbaycanı haqq yolundan çəkindirmək istəyirlər. Buna bu gün ikili standart da, ikili içüzlülük də demək olar. Türkiyənin Müdafiə Naziri bunu öz çıxışında çox gözəl səsləndirdi. Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini tanıyan dövlətlərin məsələyə qərəzli yanaşması yolverilməzdir. Əgər siz dövlət olaraq müstəqil Azərbaycanın ərazi bütövlüyünü tanımısınızsa, eyni zamanda ATƏT-in Minsk Qrupunun həmsədrisinizsə mövcud vəziyyəti sizdən yaxşı heç kim bilməz. Əgər elədirsə bu qədər hardan qaynaqlanır? İndi əl-ayağa düşüblər. Paşinyan hər gün onlara zəng edi, kömək istəyir. Mediadan da izləyirik ona heç kim məhəl qoymur. Erməni lobbisi yenə öz işini görür. Bu kimi bəyanatların arxasında məhz onların əli var. Ancaq Ordumuz , istəyimiz, xalqın tələbi, ölkə rəhbərinin siyasi irdəsi varsa bunu artıq gözləmək olmaz. Həvəsdir, bəsdir prinsipi məhz bax bu yerdə çəkilmiş məsəllərdən biri olar. O dövlət rəhbərləri Azərbaycana o zaman səslənə bilər ki, ədalətin, haqqın yanında olsunlar. Ədalətsiz qərarlar bizi qərarımızdan döndərə bilməyəcək. Özləri tələbi qoysunlar ki, Ermənistan Azərbaycanın işğal olunmuş torpaqlarından çıxsın. Cənab Prezidentimiz dəfələrlə bəyan edib hər bir müsahibəsində bunu deyib ki. əgər ermənilər işğal altında olan torpaqlarımızdan çıxsa heç bir itki olmayacaq. Biz onların bizə təqdim edəcək cədvəlləri əsasında həmin torpaqların boşaldılmasına zaman, koridor veririk və torpağımızın azad olunandan sonra onlarla sülh müqaviləsi imzalaya bilərik. Bundan o yana priyemni bir variant ola bilməz. İkinci, üçüncü bir dövlət heç bir suveren dövlətin işinə qarışa bilməz. Qaldı ATƏT-in Minsk Qrupunun 27 il fəaliyyətsizlik dövründə baxmayaraq ki, hüquqi fəaliyyət dövrü qeyldiyyata alınsa da, amma həqiqətdə onların bu dövrünü mən tam səmərəsiz qiymətləndirirəm. Həqiqətdə onlar bu illərdə heç bir işə nail olmayıblar. Hər dəfə çalışırlar ki, status-kvonu dəyişsinlər, müəyyən hərəkətlər görsünlər və bir başa sifarişli Ermənistan dövlətinə işləsinlər. Azərbaycan dövləti və beynəlxalq hüquq buna yol vermir. Biz beynəlxalq hüququ ortaya qoymuş bir münasibətinin hüquq müstəvisində tənzimləməsini Cenevrə Konvensiyasının şərtlərindən irəli gələn bütün məsələlərə səslənirik ki, Azərbaycan sülhsevən dövlətdir, Azərbaycan xalqı müdrik xalqdır. Biz bütün o münasibətlərimizi qoruyub saxlamalıyıq və dünya ictimaiyyətilə bu gün açıq əlaqələri qurmaq itəyirik. Ölkəmizdə gedən bütün sosial iqtisadi inkişaf, ölkəmizdə olan ictimai-siyasi sabitlik bizlərə əsas verir ki, bu müharibə də tezliklə torpaqlarımız işğaldan azad olunsun. Heç bir qeyri-şərtsiz.
- Silahlı Qüvvələrə Yardım Fonduna ianələr edilir. Maraqlıdır Siz bu kampaniyada iştirak etmisinizmi?
- Çalışdığım Milli
Elmlər Akademiyasının bütün təşkilatları, struktur bölmələri bu kampaniyaya qoşulubdur. Akademiyanın prezidenti, çox hörmətli akademik Ramiz
Mehdiyevin rəhbərliyilə biz bu kampaniyada iştirak edirik. Bizdə olan
intellekt məhsulumuzdan döyüş bölgələrimizə göndəririk . AMEA olaraq fonda kifayət qədər vəsait köçürmüçük.
- Müharibə təkcə ön
cənbədə deyil, eyni zamanda arxa cəbhədə də aparılır. Arxa cəbhənin də
fəaliyyəti çox önəmlidir. Maraqlıdır bir elm adamı kimi Siz arxa cəbhədə nə
kimi işlər görürsünüz?
-
Tamamilə doğru vurğuluyursuz. Elm sayəsində arxa cəbhədə bu günləri biz lazım
olan bütün elmi intellektimizi ortaya qoymuşuq. İstər Müdafiə Nazirliyindən,
istər Sərhəd Qoşunlarından, istər digər N saylı qurumlarla əməkdaşlıq edirik,
əlaqələrimiz var. Bizdə istehsal olunan sürtkü materiallarından, digər
mütərəqqi yanaşmasıyla, inkişafıyla bağlı lazım olan tövsiyələrimizi və
dəstəklərimizi onlardan əsirgəmirik. Biz gecə-gündüz elm ocağı olaraq, elm
məbədi olaraq məhz bu sahədə əməkdaşlıq etməyə, ordumuza bu günləri lazım olan
hansısa bir surtsatların hazırlanmasında elmin tətbiqinə böyük ehtiyac olan sahələrə
dəstək verməyə hazırıq.
- Sizin beynəlxalq
əlaqələriniz də kifayət qədərdir. Yəni bundan öncə də, indiki dövrdə də
Azərbaycanın reallıqlarına, Azərbaycanın haqq səsini dünyaya çatırırsınız. Beynəlxalq əlaqələrinizdən
istifadə edib hazırkı vəziyyətlə bağlı beynəlxalq aləmdə dolğun informasiyanın
formalaşmasında nə kimi addımlar atırsınız?
-
AMEA-nın beynəlxalq idarəsi vasitəsilə təbii ki, onlayn sistemi ilə danışıqlarımız gedir. Təbii
ki, biz bütün hallarda bu məsələləri əməkdaşlıq etdiyimiz beynəlxalq
təşkilatlara, akademiyalara, nüfuzlu Akademiyanın prezidentlərinə çatdırırıq və
şəxsən bunun barədə də rəhbərimizin böyük bir müraciəti olubdu. Ona görə
akademiya həmişə olduğu kimi böyük bir aktivlik nümayiş edərək cəmiyyətimizin
dayanıqlığına, cəmiyyətimizin inkişafına, müharibə şəraitində yaşayan
insanlarımızın sosial rifahının yaxşılaşmasına və elmi mütərəqqi adımlara
həmişə dəstək vermişik və verməkdəyik.
Ədil Ədilzadə