12 avqust - Beynəlxalq Gənclər Günü" nə həsr olunmuş Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi, Gəncə Gənclər Evi və Gəncə İntellektual Oyunlar Klubunun birgə təşkilatçılığı ilə onlayn qaydada "Nə? Harada? Nə zaman?" intellektual oyunu uzrə gənclər arasında turnir keçirilmişdir.
Oyunda ümumilikdə 15 sual səsləndirilmiş və sonda ilk üç yer aşağıdakı qaydada formalaşmışdır:
I yer - Yusif Bayramov (Göy-Göl)
II yer - Emin Əlizadə (Bakı)
III yer - Kamil İsmayılov (Gəncə)