İnsan koronovirusları

Koronavirusların insandan insana keçməsi, ilk növbədə asqırıq və öskürək nəticəsində yaranan tənəffüs damlaları vasitəsilə yaxın təmaslar nəticəsində baş verdiyi ehtimal edilir.

Əsasən böyüklər və uşaqlarda bütün ümumi soyuqdəymələr zamanı yarandığı güman edilir. Koronaviruslar, ilk növbədə qışda və erkən yaz fəsillərindədaha çox aktivləşir.Soyuqdəymə nəticəsndə şişmiş adenoidlərdənqızdırma və boğaz ağrısı kimi əsas simptomlarlamüşayət olunur. Koronaviruslar yasətəlcəm xəstəliyinə, ya birbaşa viral pnevmoniya, ya da ikinci dərəcəli bakterial pnevmoniyaya səbəb ola bilər. 2003-cü ildə kəşf edilmiş insan koronavirusu, kəskin tənəffüs sindromuna(SARS) səbəb olan SARS-CoV, həmyuxarı, həm də aşağı tənəffüs yollarının infeksiyalarınasəbəb olduğu üçün, özünəməxsus patogenezə malikdir. İnsan koronavirus infeksiyalarının qarşısını almaq və ya müalicə etmək üçün vaksinlər və ya antiviral dərmanlarhələkiyoxdur. İnsan koronaviruslarının bir neçə növü məlumdur:

1. İnsan koronovirusu OC43 (HCoV-OC43)

2. Kəskin tənəffüs sindrumu ilə təcəssüm edilən koronovirus (SARS-CoV)

3. İnsan koronavirusu NL63 (HCoV-NL63)

4. İnsan koronavirusu HKU1.Daha əvvəlyeni virus kimi tanınan Orta Şərq tənəffüs sindromu ilə əlaqəli koronavirus(MERS-CoV).

5. yeni koronovirus növü Covid -19. Uhan koronavirusu adıyla da tanınır.

HCoV-229E, -NL63, -OC43 və -HKU1 koronavirusları davamlı olaraq insan populyasiyasında dövr edir və dünya miqyasında böyüklər və uşaqlarda yoluxucu tənəffüs yolu xəstəliklərinə səbəb olurlar.

Həkim

Nazlı Çələbi

Yazı "Yeni Həyat İqtisadi İnkişaf" İctimai Birliyi Azərbaycan Respublikasının prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Kənd təsərrüfatı sahəsində çalışanlara koronavirusla mübarizə ilə bağlı maarifləndirici məlumatların çatdırılması" layihəsi çərçivəsində çap olunur