İstedadlı Əlillər İctimai Birliyi Sumqayıt şəhərində rəssamlıq kurslarını təşkil etdi

İstedadlı Əlillər İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyə dəstəyi ilə İstedadlı Əlillər İctimai Birliyinin icra etdiyi "Əlilliyi olan istedadlı şəxslərin yaradıcılıq imkanlarının inkişaf etdirilməsinə dəstək” layihəsi çərçivəsində Birliyin Sumqayıt Regional Filialının ofisinidə sağllamlıq imkanları məhdud uşaqlar və gənclər üçün rəssamlıq kurslarının təlimini təşkil etdi. Təlimlər həftədə iki dəfə keçiriləcək . Rəssamlıq kursları pondemiya qaydalarına uyğun olaraq qrup şəkilində və fərdi qaydada təlim edilir. Təlimlər layihənin əməkdaşı, təcürbəli rəsm müəlliməsi Gülşən Səlimova tərəfindən təlim edilir.
Rəssamlıq kursunun təşkil olunmasında məqsəd sağllamlıq imkanları məhdud uşaqların və əlilliyi olan istedadlı gənclərin bu sahədə olan mövcud potensiallarının inkişaf etdirilməsinə dəstək olmaqdan ibarətdir.
Layihə çərçivəsində rəssamlıq kurslarının təşkil olunması iki ay nəzərdə tutulsa da kurslar ilin sonunadək İstedadlı Əlillər İctimai Birliyinin Sumqayıt Regional Filialının ofisinidə (Sumqayıt şəh. 13 cu mkr.Niyazi küçəsi, Azəri hazirliq kurslarinin yanı) davam edəcək. Təlimlərdə xüsusi fərqlənən istedadlı iştrakçılara yekunda sertifkatlar veriləcək. Qeyd edim ki, layihədən əlavə mərkəzdə loqoped, psixoloq xidmətləridə göstərilir. Təlimlərə qoşulmaq istəyən sağllamlıq imkanları məhdud uşaqların valideyinləri layihənin rəhbəri Cavad Qasımova və İstedadlı Əlillər İctimai Birliyinin Sumqayıt Regional Filialının sədri Könül Əhmədovaya müraciət edə bilərlər.
Əlaqə nömrəsi: +994509993079: +994558614118
Hörmətlə: İstedadlı Əlillər İctimai Birliyinin mətbuat xidməti