Koronavirus yoluxmuş bir insanın tənəffüs sekresiyalarından öskürək yolu ilə yayılır.
Bəs xəstəlik özündə hansı respirator simptomları əhatə edir:
1. Hərarət
2. Nəfəs almaqda çətinlik
3. Öskürək
4. Boğaz ağrısı
5. Dad və iybilmənin itməsi
Əgər xəstəlik əlamətləri varsa, maskataxıbvə tibbi müayinədən keçməyənə qədər özünüzü başqalarından təcrid etməlisinz.
Sadəcə fərdi həkimlərinizə məlumat vermək və ya məsləhət almaq kifayət deyil. Tam müayinə keçərək, virus əlamətləri aşkar olunduğu təqdirdə digərlərinə infeksiya yaymamaq məqsədi ilə dərhad təcrid olunmalı, həmçinin ən qısa zamanda yaxın müddətdə əlaqədə olduğunuzşəxsləri müayinəyə cəlb etmək məsləhət görülür. Yox əgər sadəcə xəstə şəxslərlə əlaqədə olmusunuzsa onu da tibbi komandaya bildirməlisiniz.
Koronavirus infeksiyasının qarşısını almaq üçün ümumi qorunma tədbirləri aşağıdakı kimidir:
1. Əllərinizi mütləq şəkildə isti su ilə və sabunla yumaq, anti-bakterial gellərdən istifadə etmək, xüsusən də askırma, öskürmə, yemək qəbul etdikdə və s. hallarda tibbi spirt ilə dezinfeksiya etmək;
2. Əllərinizi, göz, burun və ağız nahiyələrinə vurmamaq;
3. Kəskin respirator infeksiyaların əlamətləri olan şəxslərdən uzaq durmanız;
4. Öskürmə və asqırma hallarında, ağız nahiyənizi əlinizlə deyil salfet və ya qolunuzla örtməyiniz məsləhət görülür
Diaqnostik tədbirlər:
1. Səyahət etməkdən və ya idxal olunan bağlama, məhsul və s.yayınmalısınız;
2. Gün ərzində tez-tez isti su içməlisiniz;
3. İmmuniteti normada saxlamaq məqsədi ilə stabil qida və yuxu almalısınız;
4. Siqaret çəkməkdən və siqaret tüstüsündən uzaq olmalı;
5. Sulu və isti qidalara üstünlük verməlisiniz.
6. Təmiz havada gəzinti.
Həkim
Nazlı Çələbi
Yazı "Yeni Həyat İqtisadi İnkişaf" İctimai Birliyi Azərbaycan Respublikasının prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Kənd təsərrüfatı sahəsində çalışanlara koronavirusla mübarizə ilə bağlı maarifləndirici məlumatların çatdırılması" layihəsi çərçivəsində çap olunur