Koronavirusun təkamülü

Koronavirusların ən son yayılmış ortaq əcdadları e.ə. 8000-ci ildə meydana çıxıb.Göstərilən rəqəmin daha da çox olma ehtimalı ola bilər. Digər bir qiymətləndirmədə, bütün koronaviruslarınən son ortaq əcdadı(MRCA), eramızdan əvvəl 8100-cü ilə aiddir. Alfakoronavirus, Bettakoronavirus, 

Qammakoronavirus və Deltakoronavirusların MRCA-sı müvafiq olaraq, təxminən e.ə 2400, 3300, 2800 və e.ə 3000-də ortaya çıxıb.

Yarasalar, quşlar və uçan digər onurğalılar koronavirusların daşıyıcılarıdır. Yarasalar Alfakoronavirus və Betakoronavirusların, Quşlar isə Qammakoronavirus və Deltakoronavirusların təkamül keçirməsi və yayılması üçün ideal münbit canlı orqanizmlərdir. Yarasa koronavirusu ilə MERS-CoV virusları 1951-ci ildə ortaq əcdadından ayrılıb.Yarasa koronavirusu və insan koronavirusu OC43 isə 1899-cu ildə ayrılıb. Yarasa koronavirusuda öz növbəsində18-ci əsrin sonlarında digər bütün koronavirus növlərindən ayrılıb. Başqa bir qiymətləndirməyə görə, insan koronavirusu OC43 1890-cı ildə yarasa koronavirusdan ayrılıb.

Beləliklə insan koronavirusu OC43-ün MRCA-nın meydana çıxması 1950-ci illərə təsadüf edir.MERS-CoV, bir neçə yarasa növünə aid olsa da, bir neçə əsr əvvəl bu növlərdən ayrıldığı ehtimal edilir. İnsan koronavirusu NL63 və yarasa koronavirusunun MRCA-sı isə 563–822 il əvvələ aid edilir. Ən çox rast gəlinən yarasa koronavirusu və SARS-CoV 1986-cı ildə ayrılıb.SARS virusunun təkamül yolunun yarasalarla sıx əlaqəsi olması fikri irəli sürülür.Alimlər koronavirusların uzun müddət yarasalara yoluxduğunu daha sonra SARS-CoV virusunun əcdadlarının əvvəlcə Hipposiederidae cinsinin növlərinə yoluxduğunu, sonra Rhinolophidae növlərinə, daha sonra civetsvə nəhayət insanlara yayıldığını irəli sürdülər.

Alpaka koronavirusuyla insan koronavirusu 229E 1960-cı ildən əvvəl ayrılıb.

Həkim

Nazlı Çələbi

Yazı "Yeni Həyat İqtisadi İnkişaf" İctimai Birliyi Azərbaycan Respublikasının prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Kənd təsərrüfatı sahəsində çalışanlara koronavirusla mübarizə ilə bağlı maarifləndirici məlumatların çatdırılması" layihəsi çərçivəsində çap olunur