Niderlandda relsdən çıxan metro qatarı heykəl sayəsində suya düşməkdən xilas olub.
Bu barədə "Sputnik” xəbər yayıb.
Bildirilir ki, hadisə Rotterdamın Speykeniss şəhərində "De Akkers” terminal stansiyasında baş verib: maşinist idarəetməni itirib, nəticədə qatar stansiyanın hasarını aşaraq, onun ərazisindən çıxıb.
Ancaq balina quyruğu şəklində heykələ ilişən qatar kanaldan on metr məsafədə havada qalıb.
[[MEDIA_0]]
Qatarda sərnişin olmayıb. Sürücünün özü fövqəladə hadisə nəticəsində xəsarət almayıb.
O da vurğulanır ki, heykəltəraş Martin Streysin "Balina Quyruğu” əsəri 2002-ci ildə hazırlanıb.