Pandemiya dövründə stresslə necə mübarizə aparmaq olar?

Hərbirinsanınstresfaktorunaverdiyicavabmüxtəlifolduğukimi,onunlamübarizə üsullarıdamüxtəlifdir. Stres, demək olar ki, bir çox xəstəliklərin bünövrəsini qoyur. Onunla mübarizədə mənim seçdiyim üsul – özünütanıma üsuludur. İndiki zamanda stresdən uzaqlaşmaq qeyri-mümkündür. Amma stres faktorunu görə, tanıya və onun təsirini azaltmaq üçün əvvəlcədən tədbirli ola bilərik.

1. Yuxu rejiminin bərpası. Saat 23:00-dan gec olmayaraq yatmaq.

2. Balanslı qidalanmaq. Bu ərəfədə yanlış pəhriz proqramlarının istifadəsi immun sisteminin zəifləməsinə səbəb ola bilər. Ona görə çalışın mütəxəssis tövsiyələrinə əməl edərək, qida vərdişlərinizi doğru yönə istiqamətləndirəsiniz.

3. Mütaliə edin. Maraqlı bir kitab, həqiqətən də, bir xəzinədir. Əsl xəzinə də dünyagörüşünün doğru düşüncələrlə qidalandığı zaman əldə edilir.

4. Namaz, yoqa, meditasiya — insan ruhunun qidalanması üçün çox önəmlidir. Yaradana dua etmək, daima şükür içində olmaq isə ruhun əsas qidasıdır.

5. Doğmalarınızla vaxt keçirin. Bəlkə də, bu karantin rejimi bizlərə sevdiklərimizlə birgə vaxt keçirməyin nə qədər önəmli olduğunu bir daha xatırlatdı.

6. Mənəvi sağlamlıqla bərabər, fiziki sağlamlıq da çox önəmlidir. Bunun üçün gigiyenik qaydalara əməl etməyi də unutmamalıyıq.

7. Daima nikbin düşünmək lazımdır, bunu vərdiş halına gətirin. Beyninizdə heç bir mənfi düşüncəyə yer verməyin.

Bu virus insanlara çox şeyi öyrətdi: ən önəmlisi, Allahın nə qədər böyük olduğunu və sağlamlığın əvəzedilməz bir xəzinə olduğunu.Əziz oxucu, sonda sənə bir tövsiyəm var. Bu dünyada səndən başqa, ikinci sən yoxdur. Ona görə də gülümsəməyi unutmayın!

Həkim

Nazlı Çələbi

Yazı "Yeni Həyat İqtisadi İnkişaf" İctimai Birliyi Azərbaycan Respublikasının prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Kənd təsərrüfatı sahəsində çalışanlara koronavirusla mübarizə ilə bağlı maarifləndirici məlumatların çatdırılması" layihəsi çərçivəsində çap olunur