QADIN QƏLBİNƏ GEDƏN ÜÇ YOL…

QADIN...İnsan və cəmiyyətin inkişafında qadının misilsiz rolu var. Qadın anadır, mədəniyyətdir, inkişafdır, tərəqqidir. Bir sözlə qadınsız bu dünyanı təsəvvür etmək mümkünsüzdür.  Ataların gözəl deyimi də var: "Hər güclü kişinin arxasında bir qadın dayanır..”. Son zamanların aparılan sosioloji araşdırmalar onu deməyə əsas verir ki, qadınlarımız zaman keçdikcə daha kövrək daha həsas olur ürəkləri tez qırılır. Sosioloqlar belə bir vəziyətin yaranmasını qadının həyatdan, cəmiyyətdən və ən əsası qarşı cinsdən gözədiyini ala bilməməkləri ilə əsaslandırlar. Hər nüansın gözəl olmasını arzu edən qadınlar, bunu arzu edib də görə bilməyən qadınlar həyatdan küsür, hətta qəlbləri belə sınır. Onlar üçün həyat, keçirdikləri zaman boş, mənasız görünməyə başlayır. Həyatla yanaşı bütün rənglər biz qadınların gözündə qara görünməyə başlayır. Əslində qadın nə istəyir?  

Hər bir kişi özünə bu sualı versə inanın ki, qadınlarımızın qəlbləri sınmaz. Bu sualın cavabı hecdə mücərrəd deyil. Qadın diqqət, qadın nəvaziş qadın düzlük isləyir. Bu üç amil olan yerdə qadın ürəyi sevinclə dolub daşır.  Bu zaman biz həyatın gözəlliyinin şahidi oluruq. Axı qadın cəmiyyətə rəng verir. Gəlin qadınlarımıza qarşı həsas olaq. Onların qəlbini qırmayaq. Azərbaycan qadını yüksək keyfiyyətlərə məxsuz bir zirvədir. Bu zirvədə olmaq hər kəsin arzusdur. Arzunuz ürəyimizdə qalmasın deyə hərəkətlərimizdə düz əmələrinizdə səmimi  və diqqətiniz bol olsun.

ELNARƏ HƏZİYEVA