"Aztəminatlı Əlil, Şəhid və Müharibə Veteranları Ailələrinə Kömək” İctimai Birliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə, "COVİD 19 Koronavirus Pandemiya ilə əlaqədar tətbiq olunmuş karantin dövründə, 20 sentyabr tarixindən, 20 noyabr 2020-ci il tarıxinə kimi, həyata keçirdəcəyi, "Aztəminatlı əlil, şəhid və müharibə veteranları ailələrinə sosial yardımların təşkili” layihəsinin icrasına başladı. Layihənin rəhbəri. Aztəminatlı Əlil, Şəhid və Müharibə Veteranları Ailələrinə Kömək” İctimai Birliyinin sədri Vahid Abbasov həyata keçirilən layihənin məqsəd və məramı haqqında məlumat verərək, bildirdi ki, layihənin əsas məqsədi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Koronovirus COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə, Azərbaycan xalqına etdiyi, "BİZ BİRLİKDƏ GÜÇLÜYÜK” müraciətinə dəstək verərək, tətbiq olunmuş karantin dövründə QAYDALARA ƏMƏL ET, ÖZÜNÜ, YAXINLARINI VƏ CƏMİYYƏTİ QORU! şuaraı ilə, Bakı şəhərində sosial yardıma ehtiyacı olan imkansız aztəminatlı şəhid ailələrinə, müharibə əlillərinə, veteranlara ərzaq və həmçinin pisixoloji gərginliyi artmış müharibə əlililərinə, veteranlara tibbi-psixoloji köməklik göstərərək, onların cəmiyyətdə pisixoloji-fiziki problemlərinin minimuma çatdırılmasına dəstək verərək ictimayyət arasında maarifləndirmə təbliğat kampaniyası aparmaqdır. Ölkəmizdə COVID-19 Koronavirus Pandemiyasına yoluxma hallarının son vaxtlar kəskin artmasını nəzərə alaraq, Nazirlər Kabineti yanında Operativ Qərargah karantin rejiminin tətbiq etdiyi qərarlarlara və Dövlətimizin bu sahədə həyata keçirdiyi bütün tədbirlərə adekvat ictimai dəstəyin təmin edilməsi bizim hər birimizin vətəndaş borcudur. COVID-19 Koronavirus Pandemiya bəlasını aradan qaldırmaq üçün vətəndaşlarımızın nümayiş etdirdiyi sosial məsuliyyət və həmrəylik qlobal təhlükəyə çevrilən koronavirus pandemiyasına qarşı mübarizədə bu gün də ən çox ehtiyac duyulan məsələdir.
"Aztəminatlı Əlil, Şəhid və Müharibə Veteranları Ailələrinə Kömək” İctimai Birliyinin Mətbuat xidməti