29 avqust 2020-ci il tarixdə Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə "Şəhid General-mayor Polad Həşimov”un xatirəsinə həsr olunmuş həvəskarlar arasında mini-futbol üzrə Gəncə şəhər çempionatına start verilib.
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən açıq havada idman yarışları və oyunlarının keçirilməsinə icazə verilməsini nəzərə alaraq, idman yarışı təlimatlara uyğun tamaşaçısız, sanitar və gigiyenik şərtlərə riayət edilməklə keçirilir.