Bərdədə 6 ton ot yanıb

Bərdə rayonunda vətəndaşa məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinə yığılmış 20 ton ot bağlamasının 6 tonu yanıb.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tiklilər yanğından mühafizə olunub.

 

Yanğın saat 12.37-də yanğınsöndürənlər tərəfindən söndürülüb.