Oturduğu budağı kəsənlər şər-böhtandan əl çəkmir.

Azərbaycan əleyhinə olan  "Azərbaycan saatı”  gor eşməkdə davam edir.  Qənimət Zahid kimi ələkçilərin İsmayıllıdan olan  qılverənləri növbəti sərəncamın surətini yayımlayır. Avtovağzalın tikintisinə görə icra hakimiyyəti başçısını ittiham edir. İsmayıllıda nə tikilirsə, onun üçün verilən  sərəncam qanuni olduğu üçün inşaat meydanının görünən yerinə vurulur.  Avtovağzal tikiləndə də belə olub. Velosiped zavodunun işləməməsi, oraya rayon İcra Hakimiyyəti  başçısının qohumunun rəhbərlik etməsi barədəki yazılar və yayımlar tamamilə yalan, böhtan və iftiradır. Biz yaşayırıq İsmayıllıda. Biz görürük rayonu, rayonda gedən işləri. Şeytanla eyni məqsədə qulluq edənlər  təbiidir  ki, hər şeyi əyri güzgüdə görməyə çalışırlar. Avtovağzalın vəziyyəti barədə heç olmasa onun müdiri Pərviz Əliyevdən soruşmaq lazım idi. Onda bilərdilər ki, Sumqayıta da, Bakıya da avtobuslar  buradan yola düşür. İstənilən sahibkarla da avtovağzal müqavilə bağlamağa hazırdır. Lahıcın daşını bəzi başlara belə ağır olması anlaşılan deyil. Yalnız Lahıc avtobusu  üçün  avtovağzal tikilməsini iddia etmək ağıldan məhrumluq əlamətidir.

Keçmiş kişilər deyərdi "Tikmək-qurmaq kişilikdən nişanə”. Rayon  icra hakimiyyətinin başçısı  nə vaxtsa vəzifədən gedəcək. Onda bu tikilənləri özü ilə aparacaqmı? Avtovağzal malikanədirmi, bağ evidirmi, kommersiya obyektidirmi? Adam nə dərəcədə çürük fikirli olmalıdır ki, əhalinin maraqlarına uyğun görülən işlərə qulp qoysun.

Allah ağıl versin və ya olub qalanını da şər-xətaların əlindən alsın.

İsmayıllı sakinləri,

Rövşən Əliyev

Fikrət Haqverdiyev

Vaqif Əliyev

 Əhməd Qəmbərov və  başqaları