Gəncədə güclü qasırğa - Şəhər işıqsız qaldı - Fotolar

Azərbaycanın Qərb rayonlarında güclü külək və yağışla müşahidə olunan qasırğa başlayıb.

Hazırda Gəncədə güclü qasırğa başlayıb. Şəhərin küçə və yollarında böyük gölməçələr yaranıb, yollarda avtomobillərin hərəkətində problemlər yaranıb. Gəncənin elektrik, qaz, su, kanalizasiya və rabitə təsərrüfatınna da ziyan dəyib. Şəhərin bəzi yerlərində təhlükəsizlik məqsədilə elektrik enerjisinin verilişi dayandırılıb. Eyni zamanda yağan dolu əkin sahələrini də yararsız hala salıb.

azvision.az