Lələ təpə şəhidinin medalı atasına verildi - Foto

Cəbrayıl rayonu ərazisindəki Lələtəpə yüksəkliyi uğrunda gedən döyüşlərdə şəhid olmuş Ruhin Əhrəf oğlu Qəhrəmanova ölümündən sonra verilən "İgidliyə görə” medalı atasına təqdim edilib. Bu münasibətlə təşkil olunan tədbirdə şəhidin ailə üzvləri, Cəbrayıl rayon İcra Hakimiyyətinin nümayəndələri, Müdafiə Nazirliyinin təmsilçisi və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. Mərasimdə şəhidin göstərdiyi qəhrəmanlıqdan söz açılıb. Modern.az