ADAU-da 28 may - Respublika Gününə həsr olunmuş Voleybol yarışı keçirilib

24-26 may 2017-ci il tarixində ADAU-da professor-müəllim və texniki işçi heyəti arasında universitet rəhbərliyi və Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə28 may-Respublika Gününəhəsr olunmuşVoleybol yarışıkeçirilmişdir. Yarışlarda 6 fakültə komandası və şöbələrin 1 yığma komandası iştirak etmişdir. Yarım finaldaşöbələrin yığma komandası - "Xan Çinar” (kapitan E.Verdiyev), Mühəndislik fakültəsinin komandası (kapitan E.Zeynalov), Aqrar iqtisadiyyat fakültəsinin komandası (kapitan B.Əliyev) və Aqrobiznes və idarəetmə fakültəsinin komandası (kapitan A.Həsənov)mübarizə aparmışdır. Mühəndislik fakültəsinin komandası şöbələrin yığma komandasını yenərək 3-cü yerin qalibi olmuşdur. Final isə Aqrar iqtisadiyyat fakültəsinin komandası Aqrobiznes və idarəetmə fakültəsinin komandasını 2:0 yenərək yarışın çempionu olmuşdur. Yarışlarhakimlər kollegiyasının baş katibiGülüş Gözəlova, baş hakim Eldar İsgəndərov və hakim Fəxrəddin İsgəndərovtərəfindən idarə edilmişdir. Yarışın sonunda universitet rəhbərliyi adındanElmi işlər üzrə prorektor Nizami Seyidəliyev və Həmkarlar İttifaqı Komitəsinin sədri Vüsal Orucovqaliblərə və fəal oyunçulara fəxri fərman və pul mükafatları təqdim edilmişdir.