ADAU-nun rektoru İbrahim Cəfərovun tələbələrə müraciəti

Əziz tələbələr!

1 iyun 2017-ci il tarixindən etibarən universitetimizdə 2016/2017-ci tədris ilinin yay imtahan sessiyası başlayır. Bildiyiniz kimi, universitetimizdətədrisin yeni məzmunda və beynəlxalq standartlara uyğun təşkili məqsədilə həyata keçirdiyimiz tədbirlərin mühüm istiqamətlərindən biri tələbələrin biliyinin qiymətləndirilməsi prosesinin şəffaf və obyektiv formada təşkilidir. Bu sahədə əldə etdiyimiz uğurlar Sizlərin müasir tələblərə cavab verən təhsilinə geniş imkanlar yaratmış, ADAU ailəsinin işgüzar nüfuzunun daha da artmasına səbəb olmuşdur.

Şübhəsiz ki, əldə olunmuş uğurların qiymətləndirilməsinin ən mühüm və yekun göstəricisi Sizlərin imtahan sessiyasında göstərmiş olduğunuz nəticələrlə yanaşı gələcəkdə ölkəmizin kənd təsərrüfatının inkişafına verəcəyiniz faydalardır.

İmtahan sessiyasında hər birinizə uğurlar və müvəffəqiyyətlər arzu edirəm. İmtahan sessiyası ilə əlaqədar problem, maneə və digər neqativ hallarla qarşılaşdığınız halda imtahan qərargahına, onların aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülmədiyi təqdirdə Sizləri şəxsən mənə müraciət etməyə dəvət edirəm.

Hörmətlə,

Rektor, AMEA-nın müxbir üzvü,

professor İbrahim Cəfərov

İmtahan qərargahının telefon nömrəsi və elektron poçtu

022-256-03-53

022-256-00-56

055-365-66-21

055-313-02-44