Bakıda bazarda dəhşət

Ötən gün Bakının Nəsimi rayonu ərazisində,  Təzə Bazar adlanan Ticarət Mərkəzində həyəcanlı anlar yaşanıb. 
Rayon Prokurorluğundan verilən məlumata görə, bazarda satıcı işləyən 2 uşaq atası özünü öldürüb. İntihar edən 1986-cı il təvəllüdlü Şahin Namizəd oğlu Hacıyev Təzə Bazar adlanan ticarət mərkəzində tarakan dərmanı içərək özünü zəhərləyib. Ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə çatdırılan 29 yaşlı oğlanın həyatına xilas etmək mümkün olmayıb. Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar aparılır.