Dövlət Ehtiyatları Agentliyinin İdarə Heyətinin sədri təyin edilib.
Sabahinfo.az onun dosyesini təqdim edir:
Səbuhi Əhəd oğlu Sadıqov 22 iyun 1984-cü ildə Füzuli şəhərində anadan olub.
2001-2005-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə və kredit ixtisası üzrə bakalavr, 2007-ci ildə isə magistratura təhsili alıb.
2014-cü ildə ABŞ-nin Nyu-Hempşir ştatının İctimai Mühasiblər Heyəti tərəfindən Sertifikatlaşmış İctimai Mühasib (CPA) lisenziyasına layiq görülüb.
Əmək fəaliyyətinə 2005-ci ildə başlayıb. 2007-2018-ci illərdə beynəlxalq audit şirkətində müxtəlif vəzifələrdə çalışıb. 2018-2021-ci illərdə özəl sektorda fəaliyyət göstərən holdinqlərdən birində rəhbər vəzifə tutub.
Ailəlidir, iki övladı var.