Bu il Azərbaycanda 3107 zəlzələ baş verib

Bu il yavarın 1-dən indiyədək olan dövr ərzində Azərbaycan və ona bitişik ərazilərdə 5051 təkan qeydə alınıb.

Bu haqda Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli bildirib.

O qeyd edib ki, bu il ərzində təkcə Azərbaycan ərazisində 3107 yeraltı təkan baş verib.

Onun sözlərinə görə, bu il ərzində baş verən zəlzələlərin 22-si hiss edilən olub.

Q.Yetirmişli qeyd edib ki, 2017-ci il ərzində Şamaxı-İsmayıllı, Talış dağları ərazisi və Xəzər dənizi seysmik baxımından aktiv olub.