FHN köməksiz qalan 7 nəfəri xilas edib

Lənkəranda subasmada köməksiz qalan 3 nəfər təxliyə olunub.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Sabahinfo.az-a verilən məlumata görə, FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Lənkəran rayonunun Girdəni kəndində yağan yağışlar nəticəsində köməksiz vəziyyətdə qalmış 4 nəfər fərdi yaşayış evindən və 3 nəfər fermanın ərazisindən təxliyə olunub.

Təxliyə işləri Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən aparılıb.