Gəncədə 94 min ağac əkilir

Ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti ilə keçirilən ağacəkmə aksiyasında Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, şəhərin bütün idarə və müəssisə kollektivləri, gənclər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Sabahinfo.az kampaniya çərçivəsində bu gün əsasən Gəncənin landşaftına uyğun, şəhərə yaraşıq verən, havanın oksigen ilə zənginləşməsində xüsusi rolu olan 10 000 ədəd ağac və 2500 ədəd qızılgül kolu əkilib.
Bildirək ki, 450 hektar ərazisi olan Heydər Əliyev Park Kompleksində və şəhərin müxtəlif hissələrində həyata keçirilən bu aksiyada 5 min insan bir ay müddətində iştirak edir.
Bu gün əkilən ağaclar özünün inkişaf, çiçəklənmə dövrünü yaşayan Gəncə şəhərinin, Azərbaycanın yaşıllaşmasına, ekoloji təmizliyinə böyük töhfə verəcək.
Aksiya iştirakçıları ağac əkməklə yanaşı, ərazidə təmizlik-abadlıq işləri aparıb, ərazini alaq otlarından, daşlardan təmizləyib, yeni əkilən ağacları suvarıb, əvvəllər basdırılan tinglərə aqrotexniki qulluq göstəriblər.