Kürdəmir rayonunun 2016-cı ilin
birinci yarısında sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr
barədə Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Cənab Ceyhun Cəfərovun
hesabat
M Ə R U Z Ə S İ
Hörmətli yığıncaq iştirakçıları!
Dünya siyasətinin tanınmış lideri, müdrik və uzaqgörən siyasi xadim, Azərbaycan Xalqının xilaskarı Ulu Öndərimiz Heydər Əliyev tərəfindən təməli qoyulan sosial-iqtisadi inkişaf kursunun Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə inamla davam etdirilməsi sayəsində 2016 -ci ilin yarımilliyində də ölkəmizin inkişafı təmin edilmiş, qarşıda duran bütün məsələlər öz həllini tapmış, böyük layihələr icra edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sədrliyi ilə Respublika Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarımilliyinin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş 10 iyul tarixli iclasında bu ilin 6 ayında görülmüş işlər ətraflı təhlil edilmiş, qazanılan nailiyyətlər yüksək qiymətləndirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev yığıncaqda Ermənistanın Azərbaycana qarşı etdiyi silahlı təxribatdan və təxribatın qarşısı alınaraq düşmənə layiqli cavab verildiyini, Azərbaycanın öz torpaqlarını qoruduğunu, öz hərbi mövqelərini daha da möhkəmləndirdiyini bildirmişdir.
Möhtərəm Cənab Prezident 6 ayda qarşıda duran bütün iqtisadi və sosial məsələlərin uğurla həll edildiyini, dünyada təhlükələrin artdığını, iqtisadi böhranın daha da dərinləşdiyini, bütün ölkələrin bu böhrandan bu və ya digər şəkildə əziyyət çəkdiyini, lakin azərbaycanda uğurlu inkişafın təmin edildiyini, ictimai-siyasi vəziyyətin sabit olduğunu, ölkənin qarşısında duran vəzifələrin həll olunduğunu bildirmişdir.
Prezident İlham Əliyev bildirmişdir ki, bu ilin 6 ayında ümumdaxili məhsulun azalmasına baxmayaraq, sənaye və kənd təsərrüfatında, o cümlədən qeyri-neft sektorunda artım müşahidə olunmuşdur. Bu ilin 6 ayında ölkə iqtisadiyyatına 6,3 milyard dollar sərmayə qoyulmuş və xarici investorlar üçün Azərbaycan cəlbedici ölkə olaraq qalmışdır. Son 6 ayda 78 min daimi iş yeri açılmış, sosial tədbirlərin həyata keçirilməsi istiqamətində mühüm işlər görülmüşdür. Cənab Prezident neftin qiymətinin 3-4 dəfə düşməsinə baxmayaraq iqtisadiyyatın əsas sahələri, sənaye və kənd təsərrüfatı sahələrində artım olduğunu, sənaye istehsalının 0,6 faiz, qeyri neft sənayesinin 2,4 faiz, kənd təsərrüfatının 3 faizdən bir qədər çox artdığını qeyd etmişdir.
Ölkə rəhbəri Azərbaycanda xalçaçılıq sənayesinin, baramaçılığın, pambıqçılığın və tütünçülüyün inkişafına dövlət dəstəyinin bundan sonra da davam etdirilməsi, zəruri ərzaq məhsulları ilə təminatın, ət və süd məhsullarına olan tələbatın ödənilməsi, meliorativ tədbirlərin davam etdirilməsi, torpaqlardan səmərəli istifadə olunması, o cümlədən turizm sənayesinin yaradılması istiqamətində görülən tədbirlərin davamlı olmasını xüsusi qeyd etmişdir
Hörmətli yığıncaq iştirakçıları!
Dövlət Proqramına əsasən rayonumuzda da nəzərdə tutulmuş bir çox tədbirlər uğurla həyata keçirilmişdir. "Azərbaycan Respublikası regionlarının sosial iqtisadi inkişafı Dövlət Proqramının (2014-2018-ci illər)” icrası ilə əlaqədar Respublikamızın hər bir regionunda olduğu kimi rayonumuzda da böyük irəliləyiş olmuş, yeni iş yerlərinin yaradılması istiqamətində böyük və ardıcıl işlər görülür.Rayonumuzda sahibkarlığın inkişafı diqqət mərkəzində saxlanılmış, sahibkarlıqın inkişafı ilə bağlı qanunvericiliyə əməl olunması sayəsində, həmçinin orta və xırda sahibkarlığın inkişafına maddi və mənəvi dəstək göstərilməsi məqsədilə zəruri tədbirlər həyata keçirilmişdir.Rayonda maldarlıq, narçılıq, üzümçülük, taxılçılıq, istixanaların tikilməsi, balıq göllərinin yaradılması, pambıqçılığın, baramaçılığın inkişaf etdirilməsi istiqamətində addımlar atılmışdır.Regionların, xüsusi ilə sahibkarlığın inkişafı üçün Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 2016-cı ilin 6 ayında Kürdəmir rayonunun 8 sahibkarına 92 min manat məbləğində kredit verilmiş və nəticədə 10 yeni iş yeri yaradılmışdır.Cənab Prezidentimizin tapşırığına, eyni zamanda rayonun sosial-iqtisadi inkişafı Proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi nəticəsində 2016-cı ilin II rübündə 561 nəfər işlə təmin olunmuşdur ki, bunlar əsasən rayonumuzda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlar tərəfindən yaradılmış vakant iş yerləridir. Bu işlər əsasən rayon Kommunal Müəssisələri Kombinatında, 5 saylı Dəmir Yol Sahəsində, Ağsu Regional Qaz İstismarı idarəsində, 21 saylı Yol İstismarı Sahəsində, Meliorasiya və Su Təsərrüfatı ASC-nin rayon təşkilatlarında, rayon Su Kanal idarəsində, Kürdəmir rayon Elektrik Şəbəkəsində və digər qurumlarda yaradılmışdır.
2016-cı ilin 6 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə rayonumuzda ümumi məhsul buraxılışı 1,9 faiz artaraq 183060,1 min manat təşkil etmişdir. Ümumi məhsul buraxılışının 16,4 faizi istehsal, 42,8 faizi kənd təsərrüfatı, 13,4 faizi tikinti, 1,61 faizi nəqliyyat, 0,2 faizi rabitə və 25,6 faizi ticarət sahələrində olmuşdur
Hesabat dövründə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq rayonumuzda aqrar sektorun inkişafı diqqət mərkəzində saxlanılmışdir.Rayonda taxıl istehsalının artırılması sahəsində tədbirlər davam etdirilmişdir.Bu ilin məhsulu üçün ötən ilin payızında əkilmiş 40198 hektar taxıl sahələri 1.6 dəfə suvarılmış, 30 min hektardan çox sahəyə üzvü və mineral gübrələr verilmiş, 12 min hektarda ziyanvericilərə qarşı, 8 min hektarda alaq otlarına qarşı mübarizə aparılmışdır.Toxumluq taxıl sahələrinə fərqli qulluq təşkil olunmuşdur.Taxıl biçininə hazırlıq mütəşəkkil aparılmış, kənardan cəlb edilənlərlə birlikdə zəmilərə 140-dan çox kombayn çıxarılmış, 20 iş günü müddətinə ən minimal itkilərlə taxıl biçini başa çatdırılmışdır.Havaların taxılçılıq üçün əlverişsiz keçməsinə baxmayaraq yüksək məhsul əldə etmək üçün görülmüş aqrotexniki tədbirlər nəticəsində bu il 103,4 min tondan çox məhsul istehsal edilmiş, hektardan məhsuldarlıq 25,7 sentner olmuşdur.Toxum istehsalına daha ciddi fikir verilmiş, 6 min tonadək toxumluq dən ayrılmış və çeşidlənərək 5 min tonadək yüksək reproduksiyalı toxum əldə edilmişdir.
Hazırda taxıl istehsalının qarğıdalı dəni hesabına artırılması tədbirləri görülür. Bu il təkrar əkinlər də daxil olmaqla 500 hektardan çox sahədə dənlik qarğıdalı əkilmiş və yüksək məhsuldarlığı təmin edən becərilmə işləri təşkil olunmuşdur.Hesabat dövründə 12377 hektarda yonca, 1217 hektarda kartof, 2475 hektarda tərəvəz, 4059 hektarda bostan, 11 hektarda günəbaxan, 40 hektarda yerfındığı becərilir. Becərmənin gedişi və sahələrdə məhsulun vəziyyəti göstərir ki, yazlıq əkinlərdən bu il də yaxşı məhsul götürüləcəkdir.
Möhtərəm Prezidentimiz Cənab İlham
Əliyev pambığın, baramanın, tütünün ixrac yönümlü məhsullardan olmasını, ölkənin
valyuta ehtiyatlarının artırılmasında və yeni iş yerlərinin yaradılmasında
mühüm amil olduğunu nəzərə alaraq
Respublikada bu məhsulların inkişafını mühüm vəzifə kimi qarşıya
qoymuşdur.Həmin vəzifələrin icrasını təmin etmək
üçün bu il rayonumuzda qısa müddətdə pambıq əkiləcək yerlər müəyyənləşdirilmiş,
lazımi hazırlıq işləri görülmüş, 1911 hektarda pambıq əkilmiş, sahələrdə əsasən
normal sıxlıqda çıxış alınmışdır. Hazırda pambıq sahələrinin alaqdan təmizlənməsi,
kultivasiya işləri, gübrələrin verilməsi, ziyanvericilərə qarşı mübarizə və
suvarma işləri aparılır. Ümumilikdə
pambıq sahələrində 600 nəfərdən çox işçi qüvvəsi çalışır. Növbəti ildə 4000
hektar sahədə pambıq əkilməsi üçün tədbirlər görülür.Baramaçılığın inkişafı ilə əlaqədar bu
il 46 kümçüyə 80 qutu barama qurdu verilmişdir. Kümçülərdən Şəki İpək Açıq Səhmdar
Cəmiyyəti tərəfindən 3577,5 kq barama tədarük edilmişdir. Barama istehsalına
240 nəfər işçi cəlb olunmuşdur. Gələn il 7 ton barama istehsalı üçün yem
bazasının yaradılması məqsədi ilə 15 minə yaxın tut ağaclarının əkiləcəyi yerlər
seçilmişdir.Kənd təsərrüfatını inkişaf etdirmək və yüksək məhsuldarlığa nail
olunmasında meliorasiya və suvarma sistemləri mühüm rol oynayır. Torpaqların su təminatının yaxşılaşdırılması məqsədilə,
bu ilin yarısında
Odur ki, rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi, suvarma və meliorasiya sistemindəki vəziyyəti ciddi təhlil etməli, müvafiq təşkilatların rəhbərləri ilə birlikdə mövcud problemlərin aradan qaldırılması istiqamətində cidi tədbirlər görməlidir.Rayonda heyvandarlığın və quşçuluğun inkişaf etdirilməsi sahəsində məqsədyönlü işlər görülür. Hazırda iri buynuzlu mal qaranın sayı 64,9 min başa, qoyun keçilərin sayı 132,7 min başa çatmış, heyvandarlıq məhsulları istehsalının dinamik artımına nail olunmuş, bu ilin birinci yarımilliyində ötən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 2,0 %, süd istehsalı 2,8 %, yumurta istehsalı 0,2 faiz, yun istehsalı 0,5 % artmışdır.Rayonda məhsuldar cins heyvanların artırılması tədbirləri görülür. Lizinq yolu ilə alınmış 217 baş cins düyə artırılaraq 600 başa çatdırılmışdır. Rayonda süni mayalanma texnikləri tərəfindən bu ilin birinci yarısında 715 mal süni mayalandırılmış, 291 baş cinsi yaxşılaşdırırmış bala alınmışdır. Cins heyvanların yüksək texnologiya ilə saxlanması təmin edilmişdir.
Rayondakı "Kürdəmir Broyler” ATSC-nın fəaliyyəti genişləndirilmiş, damazlıq ana quşların sayı 14000 başa çatdırılmış, quş əti və yumurta istehsalı artırılmışdır. 589000 ədəd yumurta istehsal olunmuşdur.
2016 ci ilin 6 ayında rayonda 8500 ədəd müxtəlif ağac və gül kolları əkilmiş ,ümumilikdə 15000 ağacın əkilməsi nəzərdə tutulur.
Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi və rayon kənd təsərrüfatı idarəsi öz işlərini bundan sonra da günün tələbləri səviyyəsində qurmalı, məhsul istehsalının artırılması istiqamətində lazımi tədbirləri vaxtında və keyfiyyətlə həyata keçirməlidirlər.
Hörmətli yığıncaq iştirakçıları!
Əhalinin
elektrik enerjisi, təbii qaz və içməli su ilə təminatının yaxşılaşdırılması
rayon İcra Hakimiyyətinin daim diqqət mərkəzində olmuşdur.Dövlət Proqramına uyğun olaraq "Azəriqaz”
İstehsalat birliyinin Kürdəmir Xidmət Sahəsi tərəfindən cari dövrdə rayonun
mövcud qaz alan yaşayış məntəqələrində təchizatın daha da yaxşılaşdırılması,
normadan artıq qaz itkilərinin minimuma endirilməsi, payız-qış mövsümündə bütün
kateqoriyalardan olan istehlakçıların təbii qazla fasiləsiz və stabil rejimdə təmin
edilməsi istiqamətində və rayonun qaz almayan kənd yaşayış məntəqələrinin
qazlaşdırılması sahəsində əhəmiyyətli işlər görülmüşdür.2016-
cı ilin II rübündə müxtəlif diametrli 252 p/m qaz xəti təmir olunmuş, xidmət
sahəsində olan 176 ədəd qaz tənzimləyicilərinə və 303 ədəd siyirtmələrə hər ay
texniki xidmət göstərilmiş, mənzillərə texniki baxış keçirilmiş və müqavilələrin
yenilənməsi mütəmadi olaraq davam etdirilmişdir.Hazırda
rayonun Pirili, Axtaçı Qarabucaq, Dayıkazımlı, Beyi kəndlərində kodlaşma işləri
davam etdirilir. Rayonun Qocalı, Türkədi, Xəlsə, Quşlar, Pirəköcə kəndlərində
qaz sayğacları quraşdırılmışdır. Carlı və Köhünlü kəndlərində qaz sayğaclarının
quraşdırılması davam etdirilir, Muradxan və Mollakənd kəndlərində tikinti
quraşdırma işləri maliyyə vəsaiti ayrlımadğına görə müvəqqəti olaraq
dayandırılıb.Artıq rayon mərkəzində SMART tipli qaz
sayğaclarının quraşdırılmasına start verilmişdir. Mart-iyun ayı ərzində 273 ədəd
SMART tipli qaz sayğacı quraşdırılmışdır Rayonun elektirik enerjisi təchizatının
yaxşılaşdırılması sahəsində 2016-cı ilin II rübü ərzində 35/10 kv-luq
Muradxan, Mollakənd, Pirili, Axtaçı yarımstansiyalarında cari təmir
işləri aparılmış, şəhər ərazisində
2016-cı ilin 6 ayında 23705 nəfər əhaliyə
su və kanalizasiya xidməti göstərilmiş, 93094 manat su pulu yığılmış, ümumi
satılmış suyun həcmi
Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi, şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi xidmət təşkilatları ilə birlikdə şəhərin təmizliyini daim diqqət mərkəzində saxlamalı, zəruri tədbirlər həyata keçirməlidirlər.
Hörmətli yığıncaq iştirakçıları!
Regionların sosial-iqtisadi inkişafı Dövlət
Proqramına uyğun olaraq 2016-cı ilin 6 ayı ərzində rayonumuzda
tikinti-quraşdırma, yenidənqurma və abadlıq işləri yerinə yetirilmişdir.
Ölkə
Prezidenti Cənab İlham Əliyev rayonumuza səfəri zamanı töhfə olaraq müvafiq Sərəncamı
ilə rayonumuzun yaşayış fonduna daxil olan 21 çoxmənzilli yaşayış
binalarının əsaslı təmiri ilə əlaqədar 3,0 milyon manat vəsait ayırmış və sərəncama uyğun olaraq, tenderdə qalib gəlmiş
"Tac
Keçən müddət ərzində "TAC-
Hazırda şəhərin H.Əliyev prospektində 100 çarpayılıq
rayonlararası Psixiatriya Xəstəxanasının tikintisinə başlanılmış, rayonun
Axtaçı-Qarabucaq kəndində 132 şagird yerlik tam orta məktəb binasının tikintisi
məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən Respublika Təhsil
Nazirliyinə vəsait ayrılmış, tərəfimizdən torpaq sahəsi müəyyənləşdirilmiş,
hazırda məktəbin layihə-smeta sənədləri hazırlanır.2016-cı ilin II rübündə telefona
olan tələbatla əlaqədar əhaliyə 226 ədəd telefon çəkilmiş, 118 ədəd telefon bərpa
olunaraq abonentlərin istifadəsinə verilmişdir.Əhalinin genişzolaqlı internet xidmətinə olan
təlabatını ödəmək və xidmətin keyfiyyətini artırmaq məqsədilə 2016-cı ilin
hesabat dövründə rayonda ümumilikdə 262 port tutumlu DSLAM avadanlığı
quraşdırılmışdır.2016-cı ilin II rübündə rayonun
Sığırlı, Muradxan və Topalhəsənli poçt şöbələri əsaslı təmir olunaraq əhalinin
istifadəsinə verilmişdir.Dövlət Proqramının icrası ilə əlaqədar
2016-cı ilin II rübündə 21 saylı Kürdəmir Yol İstismarı idarəsi tərəfindən "Azəravtoyol” ASC-nin xətti ilə rayon ərazisində fiziki göstəricisi
Hörmətli yığıncaq iştirakçıları!
Rayonda təhsil, səhiyyə və mədəniyyət sahələrinin inkişaf etdirilməsi, mövcud problemlərin aradan qaldırılması ilə əlaqədar müvafiq tədbirlərin həyata keçirilməsi diqqət mərkəzində olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin tapşırığına əsasən 2016-ci ilin fevral ayının 15-dən may ayının 14-dək rayonda əhalinin tibbi müayinədən keçirilməsi təmin edilmişdir.Rayon üzrə 102 min nəfər tibbi müayinədən keçirilmişdir. Bunlardan 6065 nəfəri ambulator, 781 nəfəri isə stasionar müalicəyə cəlb olunmuş, 226 nəfəri isə xəstəliyi ilə bağlı müayinə olunması üçün Bakı şəhərinə göndərilmişdir.Rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən 2016-ci ilin 6 ayı ərzində fəaliyyət göstərən obyektlər üzərində cari sanitariya nəzarəti məqsədi ilə 45 kommunal obyektində 163 müayinə, 74 uşaq yeniyetmə müəsissəsində 165 müayinə, 30 sənaye müəsissəsində 149 müayinə işi aparılmışdır. Malariya xəstəliyinə görə 6961 ədəd qan preparatı müayinə olunmuş, 28 hektar durğun sularda bakterioloji, 17569 km2 yaşayış və qeyri yaşayış binalarında dezinfeksiya işləri aparılmışdır.2016-cı ilin 6 ayında rayon İcra Hakimiyyəti Başçısı tərəfindən 1076 nəfər vətəndaş qəbul edilmişdir ki, onlardan 952 nəfəri rayon İcra Hakimiyyəti Başçısının Aparatında, 124 nəfəri isə yerlərdə keçirilən səyyar qəbullar zamanı fərdi qaydada qəbul edilmişdir. Müraciət etmiş hər bir vətəndaşa diqqət və qayğı ilə yanaşılmış, mümkün lazımi köməkliklər göstərilmişdir.
Rayon İcra Hakimiyyəti Başçısı Aparatına 2016-cı ilin 6 ayında vətəndaşlardan 690 ədəd müraciət daxil olmuşdur. Daxil olmuş müraciətlərin 300 ədədi Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından, 23 ədədi Milli Məclisdən, 16 ədədi Nazirlər Kabinetindən, 53 ədədi digər yuxarı Respublika təşkilatlarından, 298 ədədi isə vətəndaşlar tərəfindən bilavasitə rayon İcra Hakimiyyətinə göndərilmiş ərizə və şikayətlərdir.Ötən ilin eyni dövrü ilə müqayisədə daxil olmuş müraciətlərin sayı artmışdır.
Hörmətli yığıncaq iştirakçıları!
Ölkə rəhbəri tərəfindən qarşımızda mühüm vəzifələr qoyulmuşdur. 2014-2018-ci illər üçün qəbul edilmiş Dövlət Proqramının layiqincə yerinə yetirilməsində hər birimiz daha məsuliyyətlə işləməli, əhalinin sosial rifahını yüksəltməklə mövcud problemləri aradan qaldırmalı, yeni iş yerlərinin yaradılması üçün ardıcıl və məqsədyönlü iş aparmalıyıq. Bu yolda qarşıya qoyulan vəzifələrin vaxtında və uğurla yerinə yetirilməsi üçün yüksək məsuliyyət və səylə çalışmalıyıq.
Bu yolda hər birinizə uğurlar diləyirəm.
Kürdəmir rayon İcra Hakimiyyətinin
Başçısı: C.F.Cəfərov