İyunun 10-da rayonun Atakişili kənd tam orta məktəbində Kürdəmir Rayon İcra Hakimiyyətinin dəstəyi AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran regional şöbəsinin təşkilatçılığı ilə Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü yazıçı publisist Əlisəfa Azayevlə kürdəmirli oxucuların görüşü keçirilib.
sabahinfo.az-a verilən məlumata görə Tədbiri giriş
sözü ilə açan Muzeyin Aran regional şöbəsinin müdiri filologiya üzrə fəlsəfə
doktoru Yaqut Bahadurqızı Əlisəfa Azayevin həyat və yaradıcılıq yolu haqqında
oxuculara ətraflı məlumat verərək yazıçının detektiv janrda yazdığı əsərlərinin
Azərbaycan oxucularının böyük rəğbətini qazanmasından, 26 adda kitabının təkrar
nəşrlə 100000-dən artıq tirajla çap olunmasından danışdı.
Görüşdə iştirak edən qonaqlardan yazıçı
publisist Mustafa Çəmənli, yazıçı publisist Flora Xəlilzadə, şair Kərəm
Kürqıraxlı çıxış edərək Əlisəfa Azayevin qanunlarımızı hər zaman ali tutan,
savadlı hüquqşünas olmasından, ədəbiyyata həyatdan gəlməsindən,
vətənpərvərliyindən söhbət açdılar.
Oxuculardan
Mehriban Məmmədova, Tofiq Abdullayev, İradə Mahmudova, Ağa Zeynalov yazıçının
əsərlərinin sujet xətti, ideyası, personajları haqqında maraqlı fikirlər
söylədilər.
Görüşdə AMEA N. Gəncəvi adına Milli
Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik, millət vəkili, yazıçı
publisist Rafael Hüseynovun və dünya şöhrətli xalq yazıçısı Çingiz Abdullayevin
Əlisəfa Azayevin yaradıcılığı haqqında
söylədikləri dəyərli fikirlər video lent şəklində monitorda göstərildi.
Məktəblilərin
yazıçının əsərlərindən hazırladığı kompozisiyalar və muğam ifaçılarının
çıxışları görüşə xüsusi ovqat bəxş etdi.
Tədbirdə
Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısının müavini Vəsilə Əsgərli çıxış
edərək Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərovun adından yazıçı
publisist Əlisəfa Azayevi təbrik etdi, ona yaradıcılıq fəaliyyətində uğurlar
arzuladı.
Sonda yazıçı publisist Əlisəfa Azayev
oxucuların ona ünvanladığı suallarına cavab verərək bu maraqlı görüş üçün hər kəsə
minnətdarlığını bildirdi.