Mingəçevirdə tarixi qələbənin 72-ci ildönümü qeyd olunub

9 may Qələbə Günü münasibəti ilə mingəçevirlilər də şəhərin Qələbə meydanına toplaşıblar.
Sabahinfo.az xəbər verir ki, bu gün Mingəçevirdə 1941-1945-ci illərin müharibə iştirakçılarından cəmi 6 nəfəri həyatdadır. Bu gün onlardan bəziləri də bu tədbirə qatılıblar. Mingəçevir İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, hüquq mühafizə orqanları, şəhər ictimayyəti və mingəçevirlilər əvvəlcə veteranlarla görüşüb onları təbrik ediblər. Daha sonra Qələbə meydanında ucaldılmış əzəmətli əsgər heykəlinin öününə gül dəstələri düzüblər.
Daha sonra isə əsgərlərin, məktəblilərin iştirakı ilə hərbi parad keçirilib.