Millətimiz milli matəm gününün astanasındadır. Odur ki, sözümə qəmli notlarla başlamaq
niyyətindəyəm. Altı il bundan əvvəl biz ümummilli liderimiz Heydər Əliyevlə vidalaşdıq, onu vətən torpağına
tapşırdıq. Heydər Əliyev və Azərbaycan-ruhən ayrılmaz olan bu anlayışlar cismən də birləşdi, müasir
Azərbaycan tarixində, xalqın qəlbində möhtəşəm bir Heydər Əliyev abidəsi yüksəldi. Keçən illər bir daha
göstərdi ki, xalq üçün yaşayanlar, qurub-yaradanlar, həyatlarını xalqın yolunda məşəl kimi yandıranlar ölmürlər,
millətlə, vətənlə birlikdə əbədi ömür sürürlər. Heydər Əliyevin ömrü məhz bu cür məşəl kimyanın həyatın bariz
timsalı idi. Azərbaycan xalqı Heydər Əliyevi yetişdirdiyi kimi, Heydər Əliyev də müasir Azərbaycan
dövlətçiliyini yetişdirmiş, qabaqcıl, demokratik Azərbaycan Respublikası səviyyəsinə gətirmişdi. Ulu öndərimiz
həmişə deyirdi ki, milli ruhu və milli varlığı müdafiə, eyni zamanda mühafizə etməyin, milli maraqları
gerçəkləşdirməyin ən uğurlu forması müstəqil milli dövlətdir. Odur ki, milli-mənəvi dəyərlərlərlə yanaşı, milli
dövlətçiliyin də qorunmasını, inkişafinı və dünyaya inteqrasiyasını siyasi fəaliyyətinin əsas hədəfləri hesab
etmiş, özünün mənalı ömrünü bütünlüklə bu məqsədlərə həsr etmişdir. Heydər Əliyev dühasının xalqa, milli
maraqlara xidməti öz zirvəsinə müasir Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində və müstəqilliyinin
əbədiləşdirilməsində çatmışdır.
Bu gün ümummilli lider Heydər Əliyev cismən aramızda olmasa da, əbədiyyətə qovuşsa da, ruhən
bizimlədir-onun yüksək amalları, qurub-yaratdığı müstəqil Azərbaycan Respublikası yaşayır və inkişaf edir.
Artıq bütün dünyaya bəllidir ki, Azərbaycan xalqı – Heydər Əliyev birliyi tarixin bütün sınaqlarından keçməyə
qadirdir və əbədidir. 2003-cü ilin prezident seçkiləri, 2005-ci ilin parlament seçkiləri, eləcə də 2008-ci ilin
prezident seçkiləri bir daha göstərdi ki, Azərbaycan xalqı Heydər Əliyevin şəxsiyyətinə böyük ehtiram bəslədiyi
kimi, onun Prezident İlham Əliyev tərəfindən uğurla və yaradıcılıqla davam etdirilən siyasətinə də böyük inam
bəsləyir. Heydər Əliyev bu ehtiramı, bu inamı bütün mənalı ömrünü Azərbaycan dövlətinin inkişafına, xalqının
rifahına həsr etməklə qazanmışdır. Ümummilli liderimiz dövlət təhlükəsizlik orqanlarında çalışanda da,
Azərbaycan partiya təşkilatına, respublikaya rəhbərlik edəndə də, SSRİ kimi nəhəng dövlətin rəhbərlərindən biri
olanda da, yenidən Azərbaycanda hakimiyyət sükanı arxasına qayıdanda da həmişə milli maraq və mənafelərin
real təmsilçisi, fəal qoruyucusu olmuş, bütün qüvvə və enerjisini, təcrübə və bacarığını milli inkişafa, xalqımızın
rifahının yüksəlməsinə və ictimai tərəqqiyə sərf etmişdir.
Bu gün artıq bütün dünya təsdiq edir ki, Heydər Əliyevin həyatı öz xalqının tərəqqisinə, regionda və
bütün dünyada sülhə və sabitliyə xidmətin nümunəsidir. Odur ki, XX əsrin sonlarında regional və qlobal
siyasətin formalaşmasında əhəmiyyətli rol oynamış müdrik siyasətçinin, bütün Cənubi Qafqazda və Xəzər
regionunda sülhün və sabitliyin təminatçısı olmuş dahi şəxsiyyətin xatirəsi bütün dünyada ehtiramla yad edilir,
həyat və fəaliyyəti öyrənilir. ABŞ-ın dövlət xadimi, dünya şöhrətli politoloq Zbiqnev Bjezinski demişdir:
"Heydər Əliyev XX əsrin ən görkəmli siyasətçilərindən biridir. Siyasi hədəfləri düzgün seçməsi və böyük ruh
yüksəkliyi ilə rəhbərlik etməsi Heydər Əliyevi tarixi şəxsiyyətlərdən Corc Vaşinqton və Avraam Linkolnla,
müasir dövlət xadimlərindən isə Çörçill, Ruzvelt və Şarl de Qolla bir sıraya çıxarır. Onun uzaqgörənliyi və fitri
qabiliyyəti, fəhmi və qətiyyəti olmasaydı, Azərbaycan dövlətini yaratmaq da mümkün olmayacaqdı”.
Azərbaycan parlamenti 1991-ci il oktyabrın 18-də Azərbaycanın Müstəqilliyi haqqında Konstitusiya
aktı qəbul edərək, suverenliyimizi bütün dünyaya bəyan etmişdi. Lakin tarixin millətimizə bəxş etdiyi bu
əvəzsiz sərvəti lazımınca qiymətləndirmək səviyyəsinə yüksələ bilməyən o zamankı iqtidar onu qoruyub
saxlamaq qüdrətində olmadığını da nümayiş etdirdi. Müstəqilliyin ilk illərində ölkə başçılarının səriştəsizliyi və
xəyanəti ucbatından xalqımız ağlagəlməz məhrumiyyətlərə düçar oldu. 1991-1993-cü illər Azərbaycanın
müstəqillik və dövlətçiliyinin "olum ya ölüm” dilemması qarşısında qaldığı, xaos və anarxiya dövrü kimi tarixə
düşdü. Bir tərəfdən erməni işğalçıları xarici qüvvələrin dəstəyi ilə tarixi yurd yerlərimizi işğal edir, digər
tərəfdən ölkə daxilində hakimiyyət uğrunda çəkişmələr vətəndaş müharibəsinə çevrilirdi. 1993-cü ilin yayında
vəziyyət fəlakət həddinə çatdı. Azərbaycan müstəqilliyini və dövlətçiliyini itirmək təhlükəsi ilə üz-üzə qaldı.
Xalqımız belə ağır bir zamanda ümid dolu nəzərlərini Heydər Əliyevə, onun həmin dövrdə yaşayıb
fəaliyyət göstərdiyi Naxçıvan torpağına dikmişdi. Qeyd etmək lazımdır ki, ümummilli liderimizin siyasi
fəaliyyətinin Naxçıvan dövrü də başdan-başa müstəqil Azərbaycan dövlətinə, müstəqilliyimizin
əbədiləşdirilməsinə xidmətdən ibarət olmuşdur. Bu dövr Muxtar Respublikanın adından "Sovet Sosialist”
sözlərinin çıxarılması, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının bərpa olunması, 20 Yanvar 219
faciəsinə siyasi qiymət verilməsi, Naxçıvan əhalisinin SSRİ-nin saxlanılması barədə referendumdan imtina
etməsi, 31 Dekabrın Dünya azərbaycanlılarının həmrəylik günü elan edilməsi, nəhayət, o zamankı respublika
rəhbərliyinin qərəzli mövqeyi nəticəsində Azərbaycandan ayrı salınmış Naxçıvanın-sərt məhrumiyyətlər, hərbi
və iqtisadi blokadalar şəraitində olan vətən torpağının düşməndən qorunub saxlanılması ilə yadda qaldı.
Dünya tarixinə baxsaq görərik ki, həmişə belə faciəli zamanlarda xalqın qüdrətli oğulları vətənin
imdadına çatıb, milləti fəlakətdən xilas ediblər. Şəxsiyyətin tarixdə aparıcı rolu məhz belə böhranlı məqamlarda
üzə çıxıb, reallaşıb. Xoşbəxtlikdən bu dəfə də belə oldu. Azərbaycan xalqının iradəsi və təkidi ilə təcrübəli
dövlət xadimi, görkəmli siyasətçi Heydər Əliyev müstəqil dövlətimizin uçurum qarşısında qaldığı bir vaxtda
yenidən böyük siyasətə qayıtdı. Millətin sönməkdə olan müstəqillik arzuları canlandı, xalqımızda bu günə inam,
sabaha ümid yarandı.
1993-cü ilin iyun ayında Ali Sovetin sədri seçilən Heydər Əliyev millət qarşısında çıxış edərək, mövcud
dövlət böhranının aradan qaldırılmasının yollarını, müstəqil Azərbaycan dövlətinin daxili və xarici siyasətinin
əsas istiqamətlərini müəyyənləşdirdi. Onun proqram xarakterli çıxışının əsasını daxili sabitliyin təmin edilməsi,
respublikanın parçalanma təhlükəsinin aradan qaldırılması və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll
olunması kimi strateji məsələlər təşkil edirdi. Bu həlledici məqamda millətin taleyini təyin etmək məsuliyyətini
öz üzərinə götürmüş Heydər Əliyevin qarşısında olduqca ağır və taleyüklü vəzifələr dururdu.
Heydər Əliyev hakimiyyətə qayıtdığı ilk günlərdən təcrübəli siyasətçi, mahir diplomat kimi ölkədə
ictimai-siyasi sabitliyin təmin edilməsi istiqamətində fəaliyyətə başladı. Həmin dövrdə Azərbaycanın silahlı
qüvvələrinin böyük bir hissəsi ayrı-ayrı cinayətkar əllərdə cəmləşərək siyasi məqsədlərə ölkədaxili çəkişmələrə,
hakimiyyət uğrunda mübarizələrə cəlb edildiyi üçün, vətən torpağı müdafiəsiz qalmışdı, ərazilərimiz işğal
olunurdu. İlk növbədə bu qeyri-qanuni silahlı dəstələr buraxıldı, siyasi təxribatların, dövlət çevrilişi cəhdlərinin
qarşısı məharətlə alındı. Uzun sürən daxili çəkişmələrdən sonra, ölkədə ilk dövrlərdə kövrək olsa da, ictimaisiyasi
sabitlik yarandı. Heydər Əliyev uzaqgörənliyinin və müdrikliyinin növbəti göstəricisi Dağlıq Qarabağ
müharibəsində atəşkəs istiqamətində danışıqlara başlaması oldu. Həmin dövrdə Azərbaycan ordusunun əks
hücumlarından qorxuya düşən erməni tərəfi də danışıqlara getdi və 1994-cü ilin mayında Ermənistanla
Azərbaycan arasında atəşkəs elan olundu. Cənubi Qafqaz regionunda müharibənin dayanması və sabitliyin
yaranması xarici neft şirkətlərinin Azərbaycana inamını artırdı və həmin ilin sentyabrında ARDNŞ-lə dünyanın
aparıcı neft şirkətləri arasında, respublikamızda iqtisadi tərəqqinin əsasını qoymuş "Əsrin müqaviləsi”
imzalandı. Azərbaycanda iqtisadi tənəzzülü cilovlamaq, ordu quruculuğu ilə məşğul olmaq üçün vaxt və imkan
yarandı. Bu gün hamıya aydındır ki, o zaman müdrik dövlət başçımız tərəfindən bu taleyüklü addımlar
atılmasaydı, dünya şöhrətli politoloq Zbiqnev Bjezinskinin dediyi kimi, Azərbaycan dövlətini yaratmaq da
mümkün olmayacaqdı.
Beləliklə, ulu öndər Heydər Əliyevin yenilməz siyasi iradəsi sayəsində ölkədə ictimai-siyasi sabitlik
bərpa olundu, həyata keçirilən məqsədyönlü siyasət nəticəsində qanunun aliliyi, insan haqlarının qorunması
kimi demokratik prinsiplər bərqərar edildi. Bütün bunlar da Heydər Əliyevin rəhbərliyi ilə yaradılmış və 1995-ci
il noyabrın 12-də ümumxalq referendumunda qəbul olunmuş Azərbaycan Respublikasının ilk milli
Konstitusiyasında öz əksini tapdı. Konstitusiyanın qəbul edilməsi xalqımızın tarixi ənənələrinə uyğun olan və
eyni zamanda ölkəmizdə müasir dünyanın hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu tələblərinə cavab
verən dövlətçiliyin formalaşdırılması, siyasi sistemdə və hüquq sistemində möhkəm özülün yaradılması işində
mühüm addım oldu. Artıq siyasi və iqtisadi islahatların aparılması və respublikamızın dünya birliyinə
inteqrasiya olunması üçün hüquqi baza-konstitusiya yaradılmışdı. Azərbaycan ümummilli lider Heydər Əliyevin
müdrik rəhbərliyi ilə mütərəqqi beynəlxalq təcrübəyə əsaslanıb gələcəyə doğru inamla addımlayırdı.
Bu gün dövlətimiz real olaraq müstəqildir, milli maraqlarımıza uyğun xarici və daxili siyasət yeridir.
Lakin 1990-cı illərin ortalarında bu müstəqilliyi qoruyub saxlamaq, müasir demokratik dövlət yaratmaq böyük
idarəçilik təcrübəsi, diplomatik məharət, siyasi iradə tələb edirdi. Bundan ötrü dünya miqyasında qəbul olunan
və tətbiq olunan bütün variantları öyrənmək, onlardan bəhrələnməyi bacarmaq lazım idi. Ümummilli liderimiz
dövlətimizə fayda verə biləcək bütün mütərəqqi ideyaları Azərbaycanın reallığını nəzərə alaraq, ardıcıllıqla
həyata keçirirdi. Azərbaycanı düçar olduğu bəlalardan qurtarmaq və onu dünyanın sivil ölkələri sırasına
çıxarmaq üçün o, öz nadir intellektindən və tükənməz enerjisindən məharətlə istifadə edirdi. Bu bir həqiqətdir
ki, millətin gücü və nüfuzu onu təmsil edən rəhbərin şəxsiyyətindən, diplomatiyasının səviyyəsindən birbaşa
asılıdır. Dünyanın aparıcı dövlətlərinin respublikamıza marağı bir tərəfdən onun zəngin iqtisadi potensialı və
əlverişli geosiyasi mövqeyi ilə əlaqədar idisə, digər tərəfdən ümummilli liderimizin yürütdüyü praqmatik və
iqtisadi cəhətdən perspektivli siyasətlə, bu siyasətin yaratdığı ictimai-siyasi sabitliklə bağlı idi. Heydər Əliyevin
ölçülüb-biçilmiş, müdrik xarici siyasəti bizə qarşı ehtiyatlı, bəzən isə qərəzli olan ölkələri də öz mövqeyindən
daşındıraraq, Azərbaycana xeyirxah niyyətdə olmalarını təmin etməyə, bizə dost ölkələrlə əlaqələri da-ha da 220
möhkəmləndirməyə, bütün bu münasibətlərdən isə milli maraqlar naminə daha səmərəli istifadə etməyə xidmət
edirdi.
Azərbaycan liderinin xarici səfərlərini və keçirdiyi görüşləri hər birimiz televiziya və mətbuat vasitəsi
ilə izləyirdik. Həmin görüşlərin və edilən çıxışların əsas hədəfləri Azərbaycanı bütün dünyada tanıtmaq, erməni
təcavüzünün iç üzünü açmaq, əsil mahiyyətini beynəlxalq ictimaiyyətə çatdırmaq idi. Bununla bərabər
ümummilli liderimiz xarici səfərlərində Azərbaycan diasporunun nümayəndələri ilə görüşməyi və onları Vətənə
dəvət etməyi, azərbaycançılıq ideyası ətrafında birləşməyi tövsiyə etməyi də özünə borc bilirdi. Beynəlxalq
təşkilatlarda və forumlarda yüksək diplomatiya nümayiş etdirən Heydər Əliyevin analitik təfəkkürünə, həyati
əhəmiyyətli məsələlərin mahiyyətinə dərindən nüfuz etmək və onların həlli yollarını göstərə bilmək
qabiliyyətinə bütün dünya heyran olurdu. O, özünün tükənməz enerjisi, görkəmli şəxsiyyəti və zəngin intellekti
ilə bütün dünyada Azərbaycanın rəmzinə çevrilmişdi. Ümummilli liderimizin müdrik siyasətinin nəticələri göz
qabağındadır. Artıq dünyada elə bir nüfuzlu dövlət, ya beynəlxalq təşkilat yoxdur ki, Azərbaycanın ərazi
bütövlüyünü, sərhədlərinin toxunulmazlığını, erməni işğalı altında olan torpaqlarımızın azad edilməsinin
vacibliyini təsdiq etməsin. Azərbaycan diasporu da inkişaf edir, Rusiyada, Avropada, Amerikada söz sahibi olan
nüfuzlu təşkilatlarımız yaranır.
Həmin dövrdə iqtisadiyyatımızın bazar münasibətlərinə keçirilməsi işi də müvəffəqiyyətlə davam
edirdi. Dövlət əmlakının özəlləşdirilməsi sahəsində nailiyyətlər, postsovet məkanında ilk torpaq islahatı, xarici
ölkələrlə iqtisadi əlaqələr, xüsusilə Xəzərin Azərbaycan sektorunda zəngin neft-qaz yataqlarının birgə işlənməsi
ilə əlaqədar dünyanın aparıcı neft şirkətləri ilə "Əsrin müqaviləsi” ilə başlanmış əməkdaşlıq ölkəmizə xarici
investisiya axınını şərtləndirmiş və Azərbaycan iqtisadiyyatının xoş sabahına inamı gücləndirmişdi. Mahiyyət
etibarı ilə Heydər Əliyevin yeni neft strategiyasının tərkib hissəsi olan bu sazişlər dövlətimiz üçün həm də
strateji əhəmiyyət daşıyır. Bu sazişlərin bağlanması ilə ulu öndər sübut etdi ki, müəyyən məqamlarda uğurlu
neft siyasəti ən güclü silahdan daha təsirli və həlledici əhəmiyyət kəsb edə bilir. Məhz bu sazişlərdən sonra
dünyanın böyük neft şirkətlərinin, faktiki olaraq, Azərbaycanın maraqlarının lobbiçiləri-nə çevrilməsi, təmsil
etdikləri dövlətlərin başçılarının "Azərbaycanda ikinci erməni dövlətinin yaradılması yolverilməzdir”,
"Ölkələrin ərazi bütövlüyü dəyişməzdir” kimi rəsmi bəyanatlar verməsi Heydər Əliyevin neft strategiyasının
siyasi nailiyyətləri idi.
Müdrik insan və siyasət korifeyi olan Heydər Əliyevin xalqımız qarşısında əvəzedilməz xidmətlərindən
biri də müstəqil dövlətimizin müdafiə qüdrətinin ardıcıl olaraq möhkəmləndirməsi idi. O, hələ Sovet
imperiyasının dünyaya meydan oxuduğu dövrdə milli zabit kadrlarının gələcək dövlətçilik baxımından
vacibliyini nəzərə alaraq, onların yetişdirilməsi istiqamətində məqsədyönlü addımlar atmağa başlamışdı. Bu
məqsədlə 1971-ci ildə onun tərəfindən Naxçıvanski adına hərbi məktəbin yaradılması böyük hünər və cəsarət
tələb edirdi. Digər müttəfiq respublikaların heç birində belə bir ixtisaslaşmış orta məktəb yox idi. Oranı bitirən
gənclər müxtəlif ali hərbi məktəblərə göndərilir, beləliklə gələcək milli zabit korpusu yaradılırdı. ümummilli
liderimiz 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra da bu məsələni daim diqqətdə
saxlayırdı. 1994-cü ildə Qarabağ müharibəsində atəşkəs əldə olunduqdan və "Əsrin müqaviləsi” imzalandıqdan
sonra isə Azərbaycanda ordu quruculuğu sahəsində əsil canlanma başlandı. Respublikada hərbi təhsilə diqqət
artırıldı, mövcud hərbi təhsil müəssisələrinin fəaliyyəti müasir standartlara uyğun olaraq yenidən quruldu, güc
nazirliklərinin nəzdində yeni hərbi akademiyalar yaradıldı. Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasının
yaradılması da ümummilli liderimizin xalqımızın bu gününə və gələcəyinə verdiyi töhfələrdən biridir və məhz
buna görə də onun böyük adını daşıyır.
Müstəqil Azərbaycanın sükanı arxasında olduğu 10 il ərzində Heydər Əliyevin dövlətimizin
müstəqilliyini möhkəmləndirmək istiqamətində yorulmaz fəaliyyəti və məqsədyönlü siyasəti öz bəhrələrini
vermişdir. Bu siyasətin nəticəsində Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin həllinin hərb
müstəvisindən sülh müstəvisinə keçirilməsi, keçmiş rəhbərliyin siyasi səriştəsizliyi nəticəsində yaxın və uzaq
dövlətlərlə pozulmuş əlaqələrin bərpa olunması və qarşılıqlı faydalı əməkdaşlıq səviyyəsinə qaldırılması,
dünyanın aparıcı neft şirkətləri ilə 20-dən çox sazişin imzalanması, iqtisadi tərəqqinin və ordu quruculuğunun
başlanması, respublika ətrafında yaranmış informasiya blokadasının dağıdılması kimi strateji məsələlər həyata
keçirilmişdir. Bu illər ərzində ölkə həyatının bütün sahələrində qazanılan nailiyyətlər məhz Heydər Əliyevin adı
ilə bağlıdır. Bakı-Tbilisi-Ceyhan, Neft Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri kimi beynəlxalq layihələr, 33 ölkəni
birləşdirən və mərkəzi qərargahı doğma pay-taxtımız olan "İpək Yolu” proqramı da onun imzası ilə həyata
vəsiqə alıb. Artıq Azərbaycan dünya birliyində Özünə layiqli yer tutmuşdur, BMT, İKT, GUAM, Avropa Şurası
kimi nüfuzlu beynəlxalq təşkilatların üzvüdür, NATO və Avropa Birliyi ilə fəal əməkdaşlıq edir.
Heydər Əliyev özünün məqsəd və məramını ifadə edərək deyirdi: "Mənim tərcümeyi-halım
Azərbaycana həsr etdiyim həyatım, fəaliyyətim, əməllərimdir”. Həqiqətən də, Azərbaycanın taleyini Heydər 221
Əliyevin taleyindən ayrılıqda təsəvvür etmək mümkün deyil. Mən 40 ildən çox bu böyük şəxsiyyətin rəhbərliyi
altında çalışarkən, onda dahilərə məxsus olan aşağıdakı xarakterik nadir xüsusiyyətləri daim müşahidə etmişəm:
əyilməz iradə, dərin təfəkkür, özünə inam, böyük səbr, siyasi uzaqgörənlik, cəsarət və qətiyyət, fenomenal
yaddaş, ensiklopedik bilik, cazibədar natiqlik-öz ideya və fikirlərini sadə dildə xalqa çatdırmaq məharəti.
Heydər Əliyev şəxsiyyət kimi nə qədər tükənməz enerjiyə, böyük intellektə və geniş dünyagörüşünə malik idisə,
insan kimi bir o qədər də sadə və təvazökar idi, zəngin mənəviyyata, güclü yumor hissinə, həssas və kövrək
qəlbə malik idi. Elmin bütün sahələri üzrə geniş və dərin bilgilərə sahib olduğu üçün ədəbiyyatçı ilə ədəbiyyatçı,
iqtisadçı ilə iqtisadçı, neftçi ilə neftçi, incəsənət işçiləri ilə incəsənət xadimi kimi danışa bilirdi. Çünki Heydər
Əliyev hər şeydən əvvəl, böyük insan və böyük siyasətçi idi.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin milli maraqların təmin edilməsi və milli
dövlətçiliyin möhkəmlənməsi istiqamətində həyata keçirdiyi titanik siyasi fəaliyyəti barədə söz açarkən ilk
növbədə bu günümüzün reallıqlarını qeyd etmək zərurəti yaranır. Bu gün ulu öndərin ölkəmizin inkişafı
sahəsində başladığı nəhəng işlər, möhtəşəm layihələr onun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən
müvəffəqiyyətlə davam etdirilir. 2003-cü ildən başlayaraq Azərbaycan xalqının etimadını şərəflə doğruldan
Prezident İlham Əliyev xalqa xidmət etməyin Heydər Əliyev nümunəsini nümayiş etdirir, ulu öndərin qurduğu
hüquqi, demokratik dövlətin bütün strukturlarına böyük qayğı və diqqət göstərir. Möhtərəm Prezidentin həyata
keçirdiyi müdrik daxili siyasət xalqımızın azad, təhlükəsiz və firavan yaşamasına ünvanlandığı kimi, xarici
siyasətinin də əsas prioritetləri regionda sülh və sabitliyin təmin olunması, yaxın və uzaq ölkələrlə qarşılıqlı
faydalı əməkdaşlığın qurulması, qlobal enerji – kommunikasiya layihələrinin həyata keçirilməsi, Ermənistan
silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının sülh yolu ilə azad edilməsi kimi
respublikamızda və bütün dünyada dəstəklənən məsələlərdən ibarətdir.
Azərbaycan bu gün regionda həyata keçirilən beynəlxalq layihələrin yalnız iştirakçısı deyil, həm də əsas
təşkilatçısı kimi bütün dünyanın diqqət mərkəzindədir. Azərbaycan artıq özünün enerji təhlükəsizliyini tam
təmin etmişdir və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm fiqurlardan birinə çevrilmişdir.
Xəzərin neft və qaz ehtiyatlarını Azərbaycandan dünya bazarına çıxaran Bakı-Tilisi-Ceyhan və Bakı-Tbilisi-
Ərzurum kimi nəhəng beynəlxalq layihələr Prezident ilham Əliyevin siyasi iradəsi ilə reallaşmışdır. Qazaxıstan
nefti artıq Azərbaycandan keçməklə Avropa bazarlarına çıxarılır, Türkmənistan qazının Azərbaycan kəmərləri
vasitəsilə "Nabukko” layihəsinə qoşulması isə müzakirə mövzusudur. Çini Avropa ilə birləşdirəcək və
Azərbaycandan keçəcək "Dəmir İpək yolu”, Bakı – Tbilisi – Qars layihəsi də reallaş-maq üzrədir. Azərbaycanın
dünyaya inteqrasiyasına və Ermənistanın təcrid olunmasına xidmət edən bu beynəlxalq layihələr regionumuza
əminamanlıq gətirdiyi kimi, xalqımıza da firavanlıq gətirir.
rezident İlham Əliyev öz səlahiyyətlərini icra etdiyi müddət ərzində Heydər Əliyev siyasətini uğurla və
yaradıcılıqla davam etdirdiyini sübut etmişdir. Dövlət başçımız əsası ulu öndərimiz tərəfindən qoyulan siyasiictimai
sabitliyi siyasi həmrəyliyin təmin olunması və milli birliyin möhkəmləndirilməsi istiqamətində daha da
inkişaf etdirmiş, dönməz bir prosesə çevirmişdir. Azad, demokratik və hüquqi dövlət quruculuğu zamanı isə
daxili sabitliyin qorunub saxlanılması ölkədə həm iqtisadi inkişafa, həm də dövlət quruculuğu prosesinə təkan
verən, onu sürətləndirən amillərdən biridir. Azərbaycan iqtisadiyyatının inkişafı, xüsusilə də qeyri-neft
sektorunun, respublikanın regionlarının inkişafı bu gün Prezident İlham Əliyevin iqtisadi siyasətinin əsas
prioritetidir. Bu məqsədlə iqtisadi-sosial sahənin əsas istiqamətləri üzrə əhatəli dövlət proqramları hazırlanır və
uğurla reallaşdırılır. Həyata keçirilən elmi cəhətdən əsaslandırılmış, məqsədyönlü iqtisadi siyasət nəticəsində
respublika-da böyük uğurlar qazanılmışdır. Son beş ildə Azərbaycan iqtisadi göstəricilərinə görə dünyada
birinci olmuş, ümumi daxili məhsul iki dəfə, dövlət büdcəsi isə on dəfə artmışdır. Dünyanın qabaqcıl ölkələrinin
maliyyə böhranından əziyyət çəkdiyi bir dövrdə Azərbaycanın iqtisadi inkişafı yüksələn sürətlə davam edir,
sürətli inkişaf ictimai-sosial həyatın bütün sahələrini əhatə edir. Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin
iqtisadiyyatında keçid dövrünün artıq başa çatdığını bəyan etmişdir.
Hazırda respublikamızda sosial problemlərin həlli başlıca vəzifədir və dövlət büdcəsi də sosial
yönümlüdür. Azərbaycanın mərkəzi şəhərlərində və bölgələrində möhtəşəm infrastruktur layihələri həyata
keçirilir-yüzlərlə məktəblər, müalicə-diaqnostika mərkəzləri, idman kompleksləri tikilir, körpülər salınır, yollar
çəkilir. Minlərlə yeni istehsal sahələri açılır, yüz minlərlə yeni iş yerləri yaradılır. Respublikada minimum əmək
haqqı, pensiyalar və müavinətlər mütəmadi olaraq artırılır. Nəzərə alsaq ki, gələcəkdə Azərbaycana neft
sektorundan daha böyük gəlirlər daxil olacaq, qeyri-neft sektoru da sürətlə inkişaf edəcək, deməli, əmək haqları
və insanların rifahı da yüksələcək, möhtərəm Prezidentin də qeyd etdiyi kimi, Azərbaycanda yoxsul insan
qalmayacaqdır.
Bu gün Azərbaycanın həlli müşkülə düşən yeganə problemi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həlli, qaçqınların, köçkünlərin doğma yurdlarına qayıtmasıdır. Prezident İlham Əliyevin həyata 222
keçirdiyi məqsədyönlü siyasət nəticəsində Azərbaycan Dağlıq Qarabağ münaqişəsini beynəlxalq hüquq
normaları əsasında həll etmək və ərazi bütövlüyünü bərpa etmək üçün həm mənəvi, həm hüquqi, həm də hərbi
imkanlara malikdir. Dünya birliyi Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, Azərbaycan iqtisadi və siyasi
cəhətdən sürətlə inkişaf edir, ordusu güclənir. Bu gün qürurla demək olar ki, Azərbaycanın güclü ordusu var və
dövlətin, Prezidentin qarşıya qoyduğu bütün vəzifələri həll etməyə qadirdir. Lakin möhtərəm İlham Əliyev
regionda sülhün və sabitliyin təminatçısı olmuş dahi şəxsiyyətin-Heydər Əliyevin siyasi varisi, müdrik və
müasir siyasətçi kimi qan, müharibə yolunu yox, sülh yolunu seçir, xalqları faciələrə sürükləmək istəmir, amma
mövcud vəziyyətlə barışmaq niyyətində də deyil. Azərbaycan Prezidenti bəyan etmişdir ki, vəziyyət belə davam
edərsə və Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində sülh danışıqları erməni tərəfin qeyri-konstruktiv
mövqeyi səbəbindən heç bir nəticə verməzsə, Azərbaycan danışıqları kəsərək başqa variantları nəzərdən
keçirəcək, işğal altında olan torpaqlarını nəyin bahasına olursa-olsun, azad edəcəkdir. Hər bir qeyrətli
Azərbaycan vətəndaşı da milli maraqlarımıza xidmət edən bu siyasətin həyata keçirilməsində Prezident İlham
Əliyevi dəstəkləməli və öz üzərinə düşən vəzifəni ləyaqətlə yerinə yetirməlidir
Ceyhun Cəfərov
Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı