Mübariz Qurbanlı Balakəndə vətəndaşları qəbul edəcək

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Balakəndə vətəndaşları qəbul edəcək.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Mətbuat Xidmətindən Sabahinfo.az-a verilən məlumata görə, ini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı iyulun 27-də Balakən rayonunda Zaqatala, Balakən və Qax rayonlarının sakinlərini qəbul edəcək. Qəbul Balakən rayon Mədəniyyət Mərkəzində (ünvan: Heydər Əliyev prospekti 42) saat 10:00-da keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur. DQİDK-nın bölgə şöbə müdiri: Mehman İsmayılov Mob: (070) 319-38-35 Telefon: (02422) 5-32-23 e-mail:[email protected] www.scwra.gov.az