Qazax Tarix Diyarşünaslıq Muzeyində Beynəlxalq Muzeylər günü münasibətilə tədbir keçirilib

Qazax Tarix Diyarşünaslıq Muzeyində 18 may - Beynəlxalq Muzeylər günü münasibətilə tədbir keçirilib.
Sabahinfo.az xəbər verir ki, tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova, Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Ramiz Quliyev, rəis müavini Gülgün Kərimov, məsləhətçi Elvin Feyzizadə, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax rayon Komitəsinin sədri İsgəndər Qurbanov, Qazax şəhər 2 saylı tam orta məktəbin direktoru Murğuz Mustafayev, Qazax şəhər M.Hüseyn adına liseyin, Qazax şəhər 2 saylı tam orta məktəbin və Kosalar kənd tam orta məktəbin müəllim və şagirdləri iştirak etmişlər. Tədbir iştirakçılarına məktəb şagirdlərinin ifasında əbədi bədii kompozisiya təqdim olunub.