8 noyabrda “DiplomaSkills: Gənc diplomatların bilik və
bacarıqlarının artırılması proqramı” layihəsi çərçivəsində I qrup üçün növbəti
görüş keçirilib
Bakı şəhərində yerləşən Gənclər Təşkilatlarının Resurs Mərkəzində
keçirilən görüşdə 25 nəfər iştirak edib. Təlim gənclərin diplomatiya sahəsində
nəzəri biliklərinin möhkəmləndirilməsi və bu biliklərin praktiki situasiyalarda
tətbiqi bacarıqlarının formalaşdırılmasına yönəlib
Təlim zamanı diplomatik fəaliyyətin əsas xüsusiyyətləri, effektiv
ünsiyyət, liderlik və beynəlxalq münasibətlər sahəsində gənclərin qarşılaşa biləcəyi
situasiyalar müzakirə olunub. İştirakçılar praktiki tapşırıqlar və simulyasiya
oyunları vasitəsilə müxtəlif situasiyaları təhlil ediblə
İnteraktiv təlim metodlarının tətbiqi iştirakçıların prosesdə fəal
iştirakına şərait yaradıb. Simulyasiya və praktiki tapşırıqlar vasitəsilə gənclər
real diplomatik vəziyyətləri təhlil etmək və mümkün həll yolları təklif etmək
imkanı əldə ediblə
Layihə çərçivəsində həyata keçirilən bu fəaliyyət gənclərin
diplomatik bacarıqlarının inkişaf etdirilməsi, onların analitik düşüncə və
liderlik potensialının gücləndirilməsi, həmçinin gələcək peşəkar fəaliyyətləri
üçün zəruri bilik və təcrübənin formalaşdırılmasına xidmət ed