Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarına daxil olan əməliyyat məlumatı əsasında Gəncə şəhər sakini Rizvan Abbasov saxlanılıb.
Kəpəz TV (Region TV) xəbər verir ki, şöbədə onun üzərinə baxış keçirilən zaman əlində olan polietilen torbadan 2 kiloqram 310 qram narkotik vasitə olan qurudulmuş marixuana aşakar edilərək götürülüb. Hazırda polis Rizvan Abbasovun narkotik vasitəni haradan və hansı şəraitdə əldə etdiyini araşdırır.sabahinfo.az