“Dayaq”
Sosial Maarifləndirmə İB “Gənc və yeniyetmələrin antinarkomaniya ruhunda tərbiyə
olunmasının aşılanması” layihəsinin icrasına başlayıb. Layihənin məqsədi
gənc nəslə sağlam həyat tərzinin təbliği, eləcə də narkomaniya və tütündən
istifadəyə qarşı mübarizə ilə bağlı marifləndirmə işlərinin aparılması, orta və
ali təhsil müəssisələrində narkomaniyaya qarşı maarifləndirici tədbirlərin daha
geniş şəkildə təşkil olunmasıdır. 3 aylıq layihə Azərbaycan
Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə
dəstəyi ilə həyata keçiriləcək. Layihə çərçivəsində gənclər üçün ailə
əlaqələrini möhkəmləndirilməsi, ailənin mahiyyəti və məqsədləri, uşaqların tərbiyəsinə
yanaşmalar, ailə daxili üzvlərin rolu, məsuliyyəti və vəzifələri olaraq münasibətlərinin
düzgün formalaşması mövzusuda tədbirlər keçirləcək və eləcə də təbliğat
işlər görüləcək.