Goranboyda yanacaqdoldurma məntəqəsinə basqın olub

Goranboy rayon Səfıkürd kəndində naməlum şəxs və ya şəxslər Bəhruz Məmmədova məxsus yanacaqdoldurma məntəqəsinə basqın edərək, orada operator işləyən Elnur Bağırova hədə-qorxu gəlməklə ondan 500 manat pul alıblar. Zərərçəkmişin müraciəti əsasında əməliyyat tədbirlərinə başlayan polis həmin hadisəni törətməkdə şübhəli bilinən Goranboy sakini Rövşən Məmmədlini saxlayıb. Faktla bağlı istintaq işi aparılır.