"Biz 'Vərəmə yox deyək!' təşəbbüsləri çərçivəsində fəaliyyətimizi genişləndirərkən dövlətimizin bu sahədə yaradılmış möhkəm bazasına söykənirik". Bu haqda saytımıza “Səhhət” Sağlamlığa Dəstək İctimai Birliyinin sədri və həkim-mütəxəssis Taryel Həsənov məlumat verib. "Azərbaycanda vərəmlə mübarizəyə dair xüsusi qanunvericilik aktlarının olması, Dövlət Proqramlarının icrası və müasir Referens laboratoriyalarının fəaliyyəti əhalinin sağlamlığının qorunmasında böyük rola malikdir. Lakin yalnız tibbi infrastruktur kifayət etmir. Bu imkanlarla yanaşı, cəmiyyət arasında sanitarmaarifləndirmə işlərinin davamlı aparılması və hər bir vətəndaşın maarifləndirilməsi bizim əsas prioritetimizdir"- deyə o əlavə edib.