İİV/QİÇS-in profilaktikası üzrə təlim keçirilib  

 09 oktyabr 2025-ci il tarixində “AİDS-lə Mübarizə” İctimai Birliyi Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən Qlobal Fondun dəstəyi ilə 2025-ci il təlim proqramı çərçivəsində keçirilən növbəti təlimdə iştirak edib.

“Autriç işinin təşkili və vəzifələri, təmasdan öncə (TÖP) və təmasdan sonra (TSP) profilaktika, ağız suyu əsaslı testlərlə İİV-in müayinəsi” mövzusunda keçirilən təlimdə İİV-ə yoluxma riski yüksək olan əhali qrupları arasında profilaktik fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının əməkdaşları iştirak ediblər.

Təlim zamanı İİV/QİÇS-in yayılma və profilaktikası, dünyada və Azərbaycanda mövcud epidemioloji vəziyyət, TÖP proqramına cəlbetmə meyarları, ağız suyu əsaslı testlərlə İİV müayinəsi, autriç işinin təşkili, həmçinin stiqma və diskriminasiyanın qarşısının alınması ilə bağlı məlumat və təqdimatlar təqdim olunub.

Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.