İsmayıllıda gənclərlə yaşıl iqtisadiyyat və ekoloji təşəbbüslər müzakirə olunub  

 23 noyabrda “Green Genius Academy” layihəsi çərçivəsində İsmayıllı rayonunda növbəti maarifləndirici təlim keçirilib. Təlimin əsas mövzularını yaşıl iqtisadiyyat, ekoloji innovasiyalar və dayanıqlı inkişaf təşkil edib.

 

Təlim zamanı iştirakçılara yaşıl iqtisadiyyatın mahiyyəti, iqtisadi inkişafla ətraf mühitin qorunması arasında əlaqə və ekoloji yanaşmaların müxtəlif sahələrdə tətbiqi imkanları izah olunub.

 

Sessiya çərçivəsində təbii resurslardan səmərəli istifadə, tullantıların idarə olunması, təkrar emal və ətraf mühitə mənfi təsirin azaldılması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

İştirakçılar həmçinin gənclərin yerli səviyyədə ekoloji təşəbbüslər irəli sürməsi, cəmiyyətin maarifləndirilməsinə töhfə verməsi və yaşıl gələcəyin formalaşdırılmasında fəal iştirakının əhəmiyyətini müzakirə ediblər.

 

Təlim iştirakçıların ekoloji dünyagörüşünün genişləndirilməsinə, yaşıl iqtisadiyyat barədə məlumatlılığının artırılmasına və onların dayanıqlı inkişaf istiqamətində təşəbbüslərə cəlb olunmasına xidmət edib.