9 noyabrda İsmayıllı rayonunda dayanıqlı inkişaf, ekoloji məsuliyyət və yaşıl düşüncə mövzularına həsr olunmuş maarifləndirici təlim keçirilib. Tədbir “Green Genius Academy” layihəsi çərçivəsində təşkil olunub.
Təlim zamanı iştirakçılara dayanıqlı inkişaf anlayışı, ətraf mühitin
qorunmasının əhəmiyyəti, təbii ehtiyatlardan səmərəli istifadə və ekoloji
problemlərin qarşısının alınması istiqamətində görülə biləcək işlər barədə məlumat
verilib.
Müzakirələr zamanı tullantıların azaldılması, onların düzgün idarə
olunması, təkrar istifadə və təkrar emal imkanları, həmçinin gündəlik həyatda
ekoloji məsuliyyətli davranışların formalaşdırılması məsələlərinə toxunulub.
Təlimdə gənclərin ətraf mühitin qorunması prosesində fəal iştirakının əhəmiyyəti
xüsusi vurğulanıb. İştirakçılar öz yaşadıqları ərazilərdə ekoloji maarifləndirmə
və təşəbbüslərin həyata keçirilməsi imkanlarını da müzakirə ediblər.
“Green Genius Academy” layihəsi çərçivəsində keçirilən təlimlərin əsas
məqsədi gənclərin dayanıqlı inkişaf və ekologiya sahəsində biliklərinin
artırılması, onların yaşıl təşəbbüslərə marağının gücləndirilməsi və ekoloji məsuliyyətli
davranışların təşviq edilməsidir.