İyunun 20-də “Dayaq” Sosial Maarifləndirmə İB-i Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Könüllü sosial xidmətçilik” layihəsi çərçivəsində Yasamal rayonunda 2 nömrəli Bakı Baza Tibb kollecində tədbir keçirib. Tədbirdə “Dayaq” Sosial Maarifləndirmə İB-inin sədri Hicran Əliməmmədova, layihənin eksperti Aysel Əliməmmədova, Yasamal Rayon Bələdiyyəsinin sədr müavini Emin Muxtarov, Azərbaycan Respublikasının Vəkillər kollegiyasının üzvü, Presedent vəkil bürosunun vəkili və rəhbəri, Mediyasiya təşkilatının mediyatoru Zülfiyyə Həşimova, Presedent vəkil bürosunun vəkili Şəhriyar Əbilov, YAP-ın sədri və qiymətləndirmə monitorinq bölməsinin rəhbəri Gülər Quluzadə, Tələbə Həmkarlar Təşkilatının sədri Nəzakət Balaqadaşova iştirak edib.





