Bakıda kirayədə yaşayan Saatlı sakininin mənzilindən partlayıcı maddə, silah və sursat aşkar edilərək götürülüb.Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Binəqədi rayonu ərazisində kirayədə yaşayan Saatlı rayon sakini Bakir Əliyevin mənzilindən 400 qram trotil şaşkası, 1 ədəd patron darağı və 30 ədəd avtomat patronu aşkar edilərək götürülüb. Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.