Nazir Ağsuda qəbul keçirəcək

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov fevral ayının 20-si saat 10:00-da Ağsu rayonunda (Ağsu, Şamaxı, Qobustan) vətəndaşları qəbul edəcək. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Ə.Abbasov qəbul zamanı telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti, bu sahədə bölgələrdə əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları dinləyəcək. 
Vətəndaşlardan "[email protected]" elektron poçt ünvanı, 1655 saylı "Qaynar xətt", 598 38 18 nömrəli (regionlardan edilən zənglər pulsuzdur) telefon vasitəsilə əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.
Eyni zamanda qəbulda iştirak etmək istəyən vətəndaşlar, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar.