Novruz bayramında Ağsu sakinlərinə dəstək 

Novruz bayramı münasibətilə Ağsu rayonunda aztəminatlı və imkansız ailələrə dəstək məqsədilə təşkil olunmuş tədbirdə “Dayaq Sosial Maarifləndirmə” İctimai Birliyi də fəal iştirak etmişdir.

İctimai Birliyin sədri Hicran Əliməmmədova tədbirdə iştirak edərək Ağsu rayonunun ehtiyacı olan ailələrinin yanında olduğunu nümayiş etdirmiş, onlara həm maddi, həm də mənəvi dəstək göstərmişdir.

Bu təşəbbüs aztəminatlı ailələrin sevincinə şərik olmaq, bayram əhval-ruhiyyəsini onlarla bölüşmək və cəmiyyətin müxtəlif təbəqələri arasında sosial həmrəyliyin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Hicran Əliməmmədovanın bu xeyirxah addımı Ağsu sakinləri tərəfindən yüksək qiymətləndirilmiş və ona göstərdiyi diqqət və dəstəyə görə minnətdarlıq bildirilmişdir.

“Dayaq Sosial Maarifləndirmə” İctimai Birliyi bundan sonra da sosial dəstəyə ehtiyacı olan ailələrin yanında olmağa və xeyriyyəçilik təşəbbüslərində fəal iştirak etməyə davam edəcəkdir.