Qadınları fahişə etdiyinə görə tutuldu

Qadınları fahişəliyə cəlb edən Bakı şəhər sakini saxlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Nizami rayon Polis İdarəsi 24-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində gəlir əldə etmək məqsədi ilə qadınları fahişəliyə cəlb etdiyinə görə Bakı şəhər sakini Rəfiqə Mansurova saxlanılıb. Faktla əlaqədar cinayət işi başlanılıb.