"Azərbaycanda hər hansı virusa yoluxma halına rast gəlinməyib”. Bunu Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin xüsusi təhlükəli infeksion xəstəliklər şöbəsinin müdiri Elmira Əliyeva bildirib. Şöbə müdiri vurğulayıb ki, ötən il Azərbaycanda 15 min 133 nəfəri müxtəlif heyvanlar dişləyib. "13 min 128 nəfəri it, 1164 nəfəri pişik, 549 nəfəri siçovul, 289 nəfəri başqa heyvanlar (eşşək, çaqqal, tülkü, at, inək, canavar və s.) dişləyib”.E. Əliyeva vurğulayıb ki, heyvan dişləmələri 2013-cü ilə nisbətən 6.2 faiz azalıb.
Elmira Əliyeva paytaxt üzrə qeydə alınan heyvan dişləmələrinin statistikasını da açıqlayıb. Ötən ay Bakıda 4420 dişləmə faktı qeydə alınıb. 3336 nəfəri it, 638 nəfəri pişik, 336 nəfəri siçovul, 80 nəfəri isə başqa heyvanlar dişləyib. Bu, keçən ilin analoji dövrü ilə müqayisədə 6 faiz azdır.