“Səhhət” İctimai Fondunun sədri və həkim-mütəxəssis Taryel Həsənov saytımıza vərəmin erkən diaqnoz və profilaktik müayinəsi haqda fikirlərini açıqlayıb. O deyib ki, vərəm tam müalicə oluna bilən xəstəlikdir: "Lakin buradakı əsas şərt vaxt amilidir. Ağciyər vərəmi zamanında müəyyən edilmədikdə xəstəlik dərinləşir və orqanizmin digər həyati sistemlərinə də ciddi zərər vurmağa başlayır. Bunun qarşısını almağın tək yolu erkən diaqnostikadır. Hər bir vətəndaş xəstəlik əlamətlərini gözləmədən, ildə ən azı bir dəfə profilaktik müayinədən — xüsusilə flüoroqrafiyadan keçməlidir. Bu, həm özünüzün, həm də yaxınlarınızın sağlamlığını sığortalamaqdır."