Bakının mərkəzində aparılan təmir-rekonstruksiya
işləri zamanı qəribə tapıntı aşkarlanıb. Milli.Az xəbər verir ki,
"Torqovı” kimi tanınan Fəvvarələr meydanında, "McDonalds"ın arxasında
insan sümükləri tapılıb. Sümüklər qazıntı zamanı 3 metr dərinlikdə üzə
çıxıb. Tapıntı 50-60 il əvvəl ölmüş insanın skeletinə bənzəyr. İlkin
ehtimala görə, həmin ərazi əvvələr qəbiristanlıq olub və sümüklər də
həmin vaxtdan qalıb. Hazırda Səbail rayon Prokurorluğu tərəfindən
araşdırma aparılır. Bakı ağsaqqallarının dediklərinə görə, həmi ərazidə
şəhər qəbiristanlığı olmayıb.