Piyada əleyhinə minalar tapıldı - Yenilənib

Ağdamda çay sahilindən piyada əleyhinə minalar tapılıb. Sabahinfo.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, aprelin 21-də Ağdam RPŞ əməkdaşları tərəfindən Əfətli kəndi ərazisindən keçən Qar-qar çayının sahilindən 3 ədəd "PME-3” markalı piyada əleyhinə mina tapılmış və bu barədə ANAMA-ya məlumat verilib. 12:08 *** Ağdamın Əfətli kəndində aşkarlanan piyada əleyhinə minaların Ermənistan istehsalı olduğu məlum olub. Bu barədə ANAMA-nın region üzrə supervayzeri Xaliq Zülfüqarov bildirib. O qeyd edib ki, ermənilərin Qarqar çayı vasitəsilə axıtdığı minalar otlaq sahələrinə yayılıb:"Tapılan minalar Rusiya istehsalı olan "PM” piyada əleyhinə minaların oxşarıdır. Ermənistan istehsalıdır, partlayış dalaqlı minalardır. Bu minalar ən zəif təzyiqdən belə partlaya bilir. Qarqar çayı boyunca bütün yaşayış məntəqələrinin sakinlərinə məlumat verilib. Ilkin olaraq 5 mina aşkarlamışıq. Yerli sakinlərin məlumatı əsasında hadisə yerinə gələn mütəxəssislərimiz minaları yerindəcə zərərsizləşdirib. Axtarışlarımız davam edir". apa