Qəbələ sakini ağacın altında qalaraq öldü

Qəbələ rayonununda kənd sakini ağacın altında qalaraq ölüb. Sabahinfo.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, aprelin 19-da Qəbələ rayonunun Soquca kəndində kənd sakini Araz Aslanlının kəsdiyi ağac başına düşüb. Xəstəxanaya yerləşdirilən A.Aslanlı orada ölüb. Faktla bağlı araşdırma aparılır.