Sabah bəzi qəsəbələrdə su olmayacaq

Aprelin 22-də Bakının bəzi rayonlarının içməli su təminatında fasilələr olacaq.

"Azərsu” ASC-dən verilən məlumata görə, yay mövsümünə hazırlıq işləri çərçivəsində magistral xətlərdə profilaktiktədbirlərin həyata keçirilməsi ilə əlaqədar saat 08:00-dan23:00-dək Ceyranbatan və Saray qəsəbələrinə, Masazır qəsəbəsinin "Qurtuluş”yaşayış massivinə, Novxanın kəndinin bir hissəsinə, Yeni Biləcəri yaşayış sahəsinə içməli su məhdudiyyətlə veriləcək.

Yaranacaq narahatlıqlaəlaqədar "Azərsu” ASC abonentlərdən üzr istəyir.