Baş prokurorun Goranboyda vətəndaşlarla keçirəcəyi görüş təxirə salınıb

Baş prokurorun Goranboyda vətəndaşlarla keçirəcəyi görüşü təxirə salınıb. Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, baş prokuror Zakir Qaralovun mayın 22-də Gəncə şəhəri, Goranboy, Samux, Daşkəsən, Göygöl, Xocalı və Kəlbəcər rayonlarının sakinləri iə nəzərdə tutulan qəbulun tarixi dəyişdirilib. Qəbulun keçirilmə tarixi ilə bağlı əlavə məlumat veriləcək.